Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın 2013-cü ildəki fəaliyyəti ilə bağlı hesabat yığıncağı keçirilmişdir

 

 

Fevralın 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın 2013-cü ildəki fəaliyyəti və dövlət qulluqçularının etik davranış qaydalarına əməl etmələrinin vəziyyəti barədə hesabatın ictimaiyyətə təqdim olunması məqsədilə yığıncaq keçirilmişdir.

Komissiyanın aparat rəhbəri Vilayət Hüseynov çıxış edərək qurumun fəaliyyət istiqamətləri haqqında danışmışdır. Bildirilmişdir ki, hesabat dövründə komissiya dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi zamanı meydana çıxan problemləri və onların səbəblərini müəyyən edərək qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlər görmüşdür. Ötən il qurum tərəfindən “Azərbaycanın dövlət qulluğu islahatları Strategiyası” layihəsinin hazırlanmasına başlanmışdır. Strategiyanın hazırlanması üçün məlumatların toplanması, dövlət qulluğu sahəsində mövcud problemlərin və islahatlar aparılması zəruri olan sahələrin müəyyən edilməsi ilə bağlı işlər görülmüşdür. Dövlət qulluqçularının peşəkarlığının artırılması da 2013-cü il ərzində  komissiyanın əsas məqsədlərindən olmuşdur.

Komissiyanın dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdiri Afaq Hüseyn çıxış edərək demişdir ki, fəaliyyətə başladığı gündən bu qurum dövlət qulluğuna qəbulla bağlı keçirilən müsabiqələrin və müsahibələrin şəffaf və açıq olması üçün daim yeniliklər tətbiq etmişdir. Növbəti yenilik dövlət qulluğuna qəbulla bağlı keçirilən test imtahanlarının onlayn izlənilməsi imkanı olmuşdur.

Bildirilmişdir ki, dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 2013-cü il ərzində iki müsabiqə elan olunmuşdur: 2013-cü il 16 aprel, 1 və 7 may tarixlərində elan edilmiş müsabiqələrdə 94 dövlət orqanı 1005 vakant dövlət qulluğu vəzifəsi, 4, 25 oktyabr və 5, 20 noyabr tarixlərində elan edilmiş müsabiqələrdə isə 99 dövlət orqanı 1065 vakant dövlət qulluğu vəzifəsi təqdim etmişdir. Müsabiqələrdə iştirak etmək üçün ümumilikdə 12 min 520 namizəd onlayn qeydiyyatdan keçmişdir. 2013-cü ilin aprel və may aylarında elan olunmuş müsabiqə nəticəsində 383 nəfər vəzifəyə uyğun hesab edilmiş, 228 nəfər isə vakant dövlət qulluğu vəzifələrinə təyin olunmuşdur. Oktyabr və noyabr aylarında elan edilmiş müsabiqələrin isə hazırda müsahibə mərhələsi davam edir. Ümumilikdə komissiya yaranan gündən indiyədək 4 mindən artıq şəxs dövlət qulluğuna qəbul edilmişdir.

Hüquq sektorunun müdiri Vüqar Əsgərov komissiyanın dövlət qulluqçularının etik davranış qaydalarına nəzarət  və etik məsələlər üzrə maarifləndirmə sahəsində gördüyü işlərdən danışmışdır. Bildirilmişdir ki, korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planının 10-cu hissəsinə əsasən Komissiya 2013-cü il ərzində etik davranış məsələləri  üzrə treninqlər təşkil etmiş, dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarının pozulması ilə əlaqədar quruma daxil olmuş on şikayət araşdırılmış, dövlət orqanları tərəfindən komissiyaya etik davranışla bağlı təqdim edilən məlumatlar ümumiləşdirilmişdir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında