Suraxanı rayonundakı Heydər Əliyev Mərkəzində 11-ci sinif şagirdləri üçün dərs

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının tapşırığına uyğun olaraq müasir Azərbaycan tarixinin ümumtəhsil məktəblərində daha səmərəli öyrənilməsi məqsədilə  Suraxanı rayonundakı Heydər Əliyev Mərkəzində Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzuları üzrə 11-ci sinif şagirdləri üçün dərslərin tədrisinə başlanmışdır.  Cari  ilin fevral-may ayları üzrə hazırlanan qrafik əsasında  keçirilən dərslər  tarix müəllimləri, eyni zamanda ölkəmizin ali təhsil və elmi müəssisələrində çalışan alimləri tərəfindən aparılacaq. 

“Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” mövzusunda ilk dərsdə 114 saylı tam orta məktəbin 11-ci sinif şagirdləri iştirak etmişlər.

Şagirdlər əvvəlcə Suraxanıda ümummilli liderin adını daşıyan parkda dahi öndərin abidəsini ziyarət etmiş, önünə tər güllər qoymuşlar. Rayondakı Heydər Əliyev mərkəzində  isə  ulu öndərin həyatı və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar, foto-şəkillər və eksponatlarla  tanış olmuşlar.

Elektron lektoriya zalında icra hakimiyyətinin başçısı İlqar Abbasov müasir Azərbaycan tarixinin daha səmərəli öyrənilməsində şagirdlərə uğurlar arzulamış, bildirmişdir ki, dahi öndər Heydər Əliyev səmərəli fəaliyyətilə dövlətin, cəmiyyətin mənafeyinə xidmət etmiş, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı üçün mümkün ola bilən hər bir işi görmüşdür.

Dərsdə dahi öndərin mənalı həyatının müxtəlif dövrlərinə, eyni zamanda Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sosial-iqtisadi inkişafa,  Suraxanı rayonunda gedən abadlıq-quruculuq işlərinə foto-video materiallar əsasında nəzər salınmışdır.

Canlı diskussiya şəklində keçən dərsdə şagirdlərin çoxsaylı sualları ətraflı cavablandırılmışdır.

Dərsə canlı bağlantı vasitəsilə qoşulan rayon məktəblərini ötən il bitirən, hazırda isə Almaniyada ali tibb təhsili alan Əziz Mikayılov və Amerikanın Kaliforniya ştatında bank işi üzrə oxuyan Orxan  Hüseynov şagirdlərə təhsildə uğurlar arzulamış,  Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatların Azərbaycanın dinamik iqtisadi inkişafını sürətləndirdiyini, dünya miqyasında ölkəmizin  mövqeyinin daha da möhkəmləndiyini qürur hissilə diqqətə çatdırmışlar.

Dərs mərkəzin sifarişilə hazırlanmış “Tarixi yaradan şəxsiyyət-Heydər Əliyev” filminə baxışla yekunlaşmışdır.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında