“Azərsu” ASC mühüm ekoloji aksiyada fəal iştirak edir

 

 

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti  ətraf mühitin qorunması və ekoloji sabitliyin təmin olunması, bu sahədə maarifləndirmə işlərinin aparılması məqsədilə həyata keçirilən tədbirlərdə yaxından iştirak edir.  İDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyi,  “ASAN xidmət”   və “Təmiz Şəhər” ASC-nin  birgə təşkilatçılığı ilə  həyata keçirilən “Hər kağızı bir yarpağa dəyişək” adlı aksiyaya “Azərsu” ASC də öz dəstəyini vermişdir. Belə ki, səhmdar  cəmiyyətdə istifadə olunmuş 350 kiloqram kağız fevralın 17-də  “ASAN xidmət” mərkəzinə təqdim olunmuşdur.

Xatırladaq ki,  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi İDEA İctimai Birliyinin təşəbbüsü ilə baş tutan layihə “Təbiətin qorunması üçün 10 mesaj” devizi ilə həyata keçirilir. Layihənin həyata keçirilməsində əsas məqsəd cəmiyyətin bütün təbəqələrinin ekoloji problemlərlə mübarizədə iştirakını təmin etmək və onları bu işə cəlb etmək, real ekoloji layihələr vasitəsilə insanlar arasında maarifləndirmə işini effektiv şəkildə artırmaq və ekoloji mühitə dəyən zərəri minimuma endirmək məqsədilə tullantıların düzgün istifadəsini təşkil etməkdir.

Layihə çərçivəsində dövlət qurumları, özəl təşkilatlar və  vətəndaşlar tərəfindən  istifadə olunmuş kağızlar Bakı şəhərindəki “ASAN xidmət” mərkəzlərinin qarşısında quraşdırılmış xüsusi məntəqələrə təhvil verilir. Təhvil verilən  kağızlar xüsusi konteynerlərdə toplanılır və onların qeydiyyatı aparılır. Layihəyə  əsasən,  hər 50 kiloqram kağız qarşılığında bir ədəd ağacın alınması və həmin ağacın Bakı şəhəri ərazisində əkilməsi planlaşdırılır.

M. YAQUBZADƏ,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında