Günəşdə baş verən alışmalar Yerdə güclü maqnit qasırğasına səbəb olmuşdur

 

Günəşdə baş verən alışmalar nəticəsində fevralın 16-da Yerdə kifayət qədər güclü maqnit qasırğası qeydə alınmışdır.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Günəş və Günəş-Yer şöbəsinin müdiri Namiq Cəlilov APA-ya açıqlamasında demişdir ki, maqnit qasırğası yüksək orta gücdə olmuşdur və bunu insanlar səhhətlərində hiss etmişlər. Maqnit qasırğası 6-7 saat davam etmiş, sonra sakitləşmişdir: “Maqnit qasırğası fevralın 15-dən 16-na keçən gecə saat 1-ə işləmişdən başlamış, səhərə kimi davam etmişdir. Səhərə yaxın artıq bu proses dayanmışdır. Günəşdə baş verən alışma yerin maqnit sahəsinə zərbə vurur, silkələyir və keçir. Bu proses texniki qəzalara gətirib çıxarmadı. Amma ürək çatışmazlığı, təzyiq xəstəlikləri olanlar bunu hiss etmişlər”.

N. Cəlilov qeyd etmişdir ki, belə maqnit təlatümləri tez-tez baş verir. Onun sözlərinə görə, günəşin bizə tərəf tuşlanan diskində çoxlu sayda böyük maqnit ləkə qrupu var və tez-tez alışmalar olur. Hərdən elə olur ki, kiçik alışmalar da yerə tuşlananda böyük maqnit təlatümlərinə səbəb olur: “Ötən ilin ortalarından bu vaxta kimi Günəş aktivliyi və bunun  nəticəsində olan alışmaların sayı və maqnit qasırğalarının intensivliyi də çoxdur. Bu proses bu ilin yay aylarına kimi davam edəcək və ondan sonra nisbətən azalacaq. Həmin dövrdən Günəş aktivliyi maksimumdan minimuma doğru azalacaq. Son dəfə Bakını təlatümə salan zəlzələ 2000-ci ildə qeydə alınmışdı, bir də bu yaxınlarda baş verdi. Hər iki zəlzələ Günəşin aktivliyi və maqnit qasırğalarının pik vaxtına təsadüf etmişdir. Belə ki, 2000-ci ildə olduğu kimi, bu ildə Günəş aktivliyi pik həddədir. Statistik müqayisələr də onu göstərir ki, həqiqətən yerdə baş verən zəlzələlərin gücü Günəş aktivliyi ilə birbaşa mütənasibdir. Günəşdə aktivlik maksimum olanda, yerdə oyanmalar, qabarmalar, zəlzələlər də artır”. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında