Məhəmməd Cavad Zərif: İran-Türkmənistan-Qazaxıstan dəmiryolu tezliklə istifadəyə veriləcək

 

 

Tezliklə İran-Türkmənistan-Qazaxıstan dəmiryolu layihəsi başa çatacaq və bu dəmiryol istifadəyə veriləcək. Trend-in “Tasnimnews” xəbər saytına istinadən verdiyi məlumata görə, bunu Tehranda türkmənistanlı həmkarı Rəşid Meredovla keçirdiyi birgə mətbuat konfransında İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif demişdir.

M.C.Zərif bildirmişdir ki, R.Meredov iki günlük səfəri zamanı bir sıra görüşlər keçirəcək və İranın neft naziri ilə danışıqlar aparacaq: “Bu səfər dost və qardaş Türkmənistanla əlaqələrin gündən-günə inkişaf etdiyini göstərir”.

İcrasına 2007-ci ildən start verilən İran-Türkmənistan-Qazaxıstan dəmiryolu “Şimal-Cənub” dəhlizinə daxil olan layihələrdəndir. Layihənin 2014-cü ilin oktyabr ayınadək tamamlanacağı gözlənilir. Həmin dəmiryol vasitəsilə ilkin mərhələdə ildə 3-4 milyon ton yük daşımaq nəzərdə tutulur. Perspektiv planda isə ildə 10-15 milyon ton yükün həmin dəmiryol vasitəsilə daşınması planlaşdırılır.

Qeyd edək ki, Türkmənistanın xarici işlər naziri R.Meredovun başçılıq etdiyi nümayəndə heyətinin Tehrana səfəri zamanı İran və Türkmənistan arasında enerji və bank sahəsində əməkdaşlıq məsələləri müzakirə edilmişdir.

Türkmənistanlı nazir İranın digər rəsmiləri ilə də görüşlər keçirmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında