“Azərbaycan Naminə” Cəmiyyəti İsveç Parlamentinə Xocalı soyqırımına dair bəyanat təqdim etmişdir

 

 

“Azərbaycan Naminə” Cəmiyyətinin təşəbbüsü ilə Xocalı soyqırımının 22-ci ildönümü ərəfəsində İsveç Parlamentinə, İsveç hökumətinə və Xarici İşlər Nazirliyinə, İsveçdə yerləşən beynəlxalq təşkilatların ofislərinə qətliamı pisləyən bəyanat təqdim olunmuşdur.

Bəyanatda 1992-ci il fevralın 25-26-sının Azərbaycan tarixində qanlı faciə günü kimi yaddaşlara həkk olunduğu, həmin gecə erməni silahlı qüvvələrinin Xankəndi şəhərini tamamilə darmadağın etdiyi, bir gecədə 106 qadın, 63 uşaq, 70 yaşlı insanın və ümumilikdə 613 azərbaycanlının erməni qatilləri tərəfindən öldürüldüyü, 1275 nəfərin əsir götürüldüyü, 150 nəfərin taleyinin isə  hələ də məlum olmadığı, 6 ailənin tamamilə məhv edildiyi, 25 körpənin hər iki valideynini itirdiyi, 56 insanın xüsusi amansızlıqla qətlə yetirildiyi qeyd edilir.

Sənəddə 22 il əvvəl Azərbaycan xalqının məruz qaldığı Xocalı qətliamı Xatın, Liditse, Oradur faciələri ilə müqayisə olunur. Sənəddə Xocalı şəhərini yer üzündən silən ermənilərin insanlığa sığmayan vəhşilikləri göstərilir: “Əlli nəfər görünməmiş qəddarlıqla qətlə yetirilmişdir. Onların başlarının dərisi soyulmuş, diri-diri yandırılmışdır, başları, bədənlərinin hissələri kəsilmiş, gözləri çıxarılmışdır. Qəddarlıqla öldürülənlər arasında hamilə qadınlar da vardır”.

Bəyanatda daha sonra deyilir ki, beynəlxalq ictimaiyyət bu acı həqiqəti bilməli, insanlığa qarşı törədilən cinayətə hüquqi-siyasi qiymət verilməlidir. Xocalı faciəsi erməni millətçilərinin və onların havadarlarının iki yüz il ərzində Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir.

Qətnamədə  İsveç hökuməti, dünya ictimaiyyəti bu faciəyə biganə qalmamağa çağırılır: “Bu gün Xocalı sakinləri, məruz qaldıqları qətliama ədalətli qiymət veriləcəyi, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini tapacağı ümidi ilə yaşayırlar. Xocalı soyqırımının günahkarları, təşkilatçıları və icraçıları layiqli cəzalarına çatmalıdır ki, cinayət cəzasız qalmasın”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında