Məktəblilər ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini dərindən öyrənirlər

 

Qəbələ

Xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi irsinin dərindən öyrənilməsi məqsədilə Qəbələ şəhərindəki Heydər Əliyev Mərkəzində rayonun ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə açıq dərslər keçirilir.

AzərTAc xəbər verir ki, “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur” və “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzularında keçirilən açıq dərslərdə rayon məktəbliləri ulu öndər Heydər Əliyevin irsini həvəslə öyrənirlər.

Tədris prosesinə yüksək peşəkarlığı, elmi-nəzəri biliyi, metodiki hazırlığı ilə fərqlənən qabaqcıl müəllimlər cəlb edilmişlər. Dərslərdə ümummilli lider Heydər Əliyevin nəsillərə nümunə olan mənalı ömür yolundan geniş bəhs olunur. Dahi şəxsiyyətin xalqımız və dövlətçiliyimiz qarşısındakı əvəzsiz tarixi xidmətləri şagirdlərin nəzərinə çatdırılır.

Açıq dərslərdə ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu uğurlu sosial-iqtisadi xəttin hazırda Prezident İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə davam etdirildiyi, ölkəmizin beynəlxalq nüfuzunun daha da artdığı, sosial-iqtisadi sahədə böyük irəliləyişlərə nail olunduğu xüsusi vurğulanır. Açıq dərslərdə indiyədək 200-dən artıq şagird iştirak etmişdir.

Mingəçevirdə XI sinif şagirdləri üçün açıq dərslər keçirilir

Mingəçevir

Xalqımızın ümummilli lideri Heydər Əliyevin zəngin siyasi irsinin öyrənilməsi və təbliği məqsədilə Mingəçevirdəki Heydər Əliyev Mərkəzində şəhərin ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün dərslər təşkil edilir.

AzərTAc xəbər verir ki, “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur”, “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzularındakı dərslər təcrübəli müəllimlər tərəfindən tədris olunur. Dərslərdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif aspektləri geniş təhlil edilir, şagirdlərə dahi şəxsiyyətin siyasi irsi, dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsi, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətləri barədə ətraflı məlumat verilir.

Şagirdlər burada ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini dərindən öyrənir, dahi liderin keçdiyi şərəfli həyat yolunu əks etdirən eksponatlarla, fotoşəkil və kitablarla tanış olurlar.

Açıq dərslərdə indiyədək 250-dən artıq şagird iştirak etmişdir.

Dərslərdə Azərbaycanın inkişafında, dövlət quruculuğu sahəsində, müstəqilliyimizin möhkəmləndirilməsində, aparılan uğurlu daxili və xarici siyasət nəticəsində əldə edilən nailiyyətlərdə dahi şəxsiyyət Heydər Əliyevin əvəzsiz xidmətləri barədə ətraflı məlumat verilmişdir.

Tədris prosesində Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi XX əsrdə xalqımızın ən böyük nailiyyəti kimi qiymətləndirilir. Şagirdlərə ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra ölkəmizin sürətli inkişaf yoluna qədəm qoyduğu bildirilir, daxili və xarici siyasətdə əldə olunan uğurlar konkret faktlarla diqqətə çatdırılır. Həmçinin ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu uğurlu sosial-iqtisadi inkişaf xəttinin hazırda Prezident İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə davam etdirildiyi, ölkəmizin beynəlxalq nüfuzunun daha da artdığı, bütün sahələrdə böyük irəliləyişlərə nail olunduğu xüsusi vurğulanır.

Fevralın sonunadək davam edəcək açıq dərslərdə 600-dən artıq məktəblinin iştirakı nəzərdə tutulmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında