Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib

 

“Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutunda mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iştirakı ilə “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”nın icrasına həsr olunmuş müşavirə keçirilib Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti məlumat yayıb..

İclasda mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Nazirliyin Mədəni irs şöbəsinin müdiri Rüfət Nuriyev, Tikilən obyektlərin birləşmiş müdiriyyətinin baş mühəndisi Zöhrab Pirimov, “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutunun direktoru Telman Kərimli və digər aidiyyəti şəxslər iştirak edib.

Nazir Əbülfəs Qarayev proqramda əksini tapan müddəaların icrası ilə maraqlanıb, görüləcək işlər barədə tövsiyələrini verib. Qeyd olunub ki, fevral ayının sonuna qədər nazirliyin mədəni irs şöbəsi və “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutu bu istiqamətdə öz təkliflərini hazırlayıb təqdim edəcək. Martın əvvəllərində isə Dövlət Proqramının təqdimatı keçiriləcək.

İclasda müzakirə edilən məsələlərdən biri də tarixi abidələrin pasportlaşdırılması olub. Bu məsələ Dövlət Proqramında əksini tapıb.        Ölkəmizdə ilk dəfə beynəlxalq standartlara uyğun olaraq tarixi abidələrin pasportları Azərbaycan dilində hazırlanır. Sovet dövründə 1000-ə yaxın abidənin pasportu rus dilində tərtib edilib. Hazırda 64 abidənin pasportu tam hazırdır, 34 abidə ilə bağlı iş davam edir..

Toplantıda “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutunun maddi-texniki bazasının möhkəmləndirilməsi də müzakirə olunub.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında