Qalib jurnalistlər mükafatlandırılmışlar

 

 

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi

İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Bakı şəhəri Nizami və Binəqədi rayonlarının icra hakimiyyətləri ilə birlikdə keçirdiyi fərdi jurnalist yazıları müsabiqələrinə yekun vurulmuşdur.

Bugünlərdə həmin rayonlarda keçirilmiş illik hesabat konfranslarında müsabiqə qalibləri olan jurnalistlər

ictimaiyyət nümayəndələrinin iştirakı ilə təntənəli

şəkildə mükafatlandırılmışlar.

KİVDF-nin icraçı direktoru Vüqar Səfərli mərasimdə müsabiqələrin nəticələri barədə məlumat verərək bildirmişdir ki, jurnalistlər hər iki rayonun sosial-iqtisadi inkişafı ilə bağlı mövzunu maraq və həssaslıqla qarşılamış, ciddi tədqiqat yazıları ərsəyə gətirmişlər. Son illər ardıcıl olaraq belə müsabiqələrin keçirilməsi icra qurumları ilə media işçilərinin faydalı əməkdaşlığı nümunəsi kimi diqqəti cəlb edir və gələcəkdə də davam etdiriləcək.

Toplantılarda Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov və Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov qalib jurnalistləri təbrik etmiş, KİVDF-nin keçirdiyi müsabiqə materiallarının ümümi quruculuq və yüksəliş prosesinə köməyini vurğulamışlar.

Nizami rayonu üzrə müsabiqənin 5 əsas, 11 əlavə, Binəqədi rayonu üzrə isə 5 əsas və 13 əlavə mükafatları pul şəklində qaliblərə təqdim olunmuşdur.

Jurnalistlər adından çıxış edənlər ölkəmizdə KİV-in inkişafına, media işçilərinin problemlərinin aradan qaldırılmasına göstərdiyi ardıcıl qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, müsabiqənin təşkilatçılarına təşəkkür etmişlər.

R. TAHİR,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında