Azərbaycan-İsrail işgüzar görüşü

 

 

Bakı Biznes Mərkəzində İsrailin İxrac və Beynəlxalq Əməkdaşıq təşkilatının rəhbəri Ramzi Qabbayın başçılıq etdiyi nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Azərbaycan İnvestisiya Şirkətinin rəhbərlərinin iştirakı ilə işgüzar görüş keçirilmişdir.

AZPROMO-dan AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycan və İsrail iş adamları arasında əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılmışdır. AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın qazandığı iqtisadi uğurlar, iştirakçısı olduğu irimiqyaslı regional layihələr, ölkəmizdə yerli və xarici iş adamları üçün yaradılmış əlverişli biznes və investisiya mühiti, eləcə də qurumun iş adamlarına göstərdiyi dəstək barədə məlumat vermişdir.

İsrailin İxrac və Beynəlxalq Əməkdaşıq təşkilatının rəhbəri Ramzi Qabbay iş adamları arasında əlaqələrin genişləndirilməsi üçün ikitərəfli görüşlərin və biznes forumların təşkil olunmasını təklif etmiş və bunun iqtisadi əməkdaşlığın inkişafına, eləcə də yeni əlaqələrin qurulmasına töhfə verəcəyini bildirmişdir.

Azərbaycan İnvestisiya Şirkətinin rəhbəri Rövşən Nəcəf rəhbərlik etdiyi şirkətin fəaliyyəti və həyata keçirdiyi layihələr barədə danışmışdır.

Görüşdə Azərbaycanın investisiya, xüsusilə kənd təsərrüfatı, İKT, kimya sənayesi və turizm sahəsində əməkdaşlıq imkanları, birgə müəssisələrin yaradılması ətrafında fikir mübadiləsi aparılmış, qonaqları maraqlandıran suallar cavablandırılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında