İsti hava şəraiti davam edəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun rəisi Umayra Tağıyeva bildirmişdir ki, artıq uzun müddətdir ki, ölkədə anomal isti hava şəraiti müşahidə olunmaqdadır. Havanın temperaturu çoxillik normadan 5 dərəcə yüksəkdir.
Buna səbəb Rusiyanı əhatə edən az hərəkətli və quru antisiklonun Atlantikadan gələn siklonların, eyni zamanda şimaldan nisbətən sərin hava cərəyanlarının demək olar ki, bir növ "blokadada" saxlanmasıdır. Bu səbəbdən Qərbi Avropa ölkələri siklonların təsiri nəticəsində leysan və daşqınlardan əziyyət çəkir, Rusiya isə anomal istilər və quraqlıqdan. Buna görə də Azərbaycanda hava şəraitini az hərəkətli isti hava kütlələri təyin edir.
Azərbaycanda yay fəslinin isti keçməsi ölkəmizin iqlim xüsusiyyətlərindən biridir ki, bu da coğrafi mövqeyi, yer səthinin və regionda atmosfer sirkulyasiyasının özünəməxsusluğu ilə bağlıdır. Belə ki, yayın isti keçməsini biz təbii hal kimi qəbul etməliyik. Lakin bunu da demək lazımdır ki, temperatur normadan yüksək olsada rekord istilər ölkədə 2000-ci ildə olub ki, bu zaman Naxçıvan MR-da 46 dərəcə isti qeydə alınıb.
Statistik məlumatların təhlili göstərir ki, son 15 ilin 12 ili Azərbaycanda temperatur normadan yüksək olub. Bu tendensiya iqlim dəyişmələri təzahürlərinin biri olaraq bütün dünyada müşahidə olunur.
Əlbəttə, keçmişdə də belə qızmar yaylı illərin sayı az deyil, lakin ötən illərdə bu anomal isti günlərin sayı nisbətən az olub, yəni 2-4 gün, temperatur 38-40 dərəcə intervalında dəyişibsə Bakının xəzrisi öz sözünü deyirdi və sərinlik gətirirdi.Son illər isə qızmar günlərin sayı artıb.
Hazırda isə Bakıda və Abşeron yarımadasında yüksək temperaturla yanaşı şərq istiqamətli küləklərin üstünlüyü müşahidə olunur, havanın nisbi rütubətliyi isə normadan yüksəkdir, günün bəzi saatlarında 80-90 faiz təşkil edir ki, bu da istilik effektinin kəskinləşməsinə gətirir. Bu həftə ərzində hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 37-39, bəzi yerlərdə 40 dərəcə, Aran rayonlarında və Naxçıvan MR-da 40-42 dərəcə, dağlıq rayonlarda 28-33 dərəcə isti olacaq.

{nl}

Qəzənfər QASIMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında