"Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti Şərur bazasının inzibati binası, anbarları və texnika parkı istifadəyə verilmişdir

"Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti Şərur bazasının yeni inzibati binası, texniki parkı və anbarları istifadəyə verilmişdir.
Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov bu münasibətlə kollektivi, torpaq mülkiyyətçilərini təbrik edərək demişdir: Ölkəmizdə ulu öndərimiz tərəfindən əsası qoyulan kənd təsərrüfatına diqqət və qayğını Prezident İlham Əliyev uğurla davam etdirir. İndiyədək bu sahədə onlarla fərman, sərəncam imzalanmış, normativ aktlar qəbul olunmuş, kənd təsərrüfatının inkişaf etdirilməsi üçün lazımi tədbirlər həyata keçirilmişdir. Belə tədbirlərdən biri də aqrolizinq xidmətinin yaradılmasıdır. Aqrolizinq xidməti, texnika olmadan kənd təsərrüfatında intensiv əkin aparılması, məhsulun keyfiyyətinin və kəmiyyətinin artırılması mümkün deyildir. "Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin Şərur bazasının müasir tələblər səviyyəsində qurulması rayonda məhsuldarlığın daha da artırılmasına, əkilməyən torpaqların əkin dövriyyəsinə daxil edilməsinə imkan verəcəkdir. Beləliklə, əhalinin sayına görə muxtar respublikanın ən böyük rayonu olan, ən çox məhsuldar torpaqlara malik Şərur rayonunun torpaqlarından daha səmərəli istifadə olunacaq, kənd təsərrüfatı sahəsində çalışanlar isə əməkləri ilə bu sahənin inkişaf etdirilməsinə öz töhfələrini verəcəklər.
Ali Məclisin sədri aqrolizinq xidmətinin lazımi texnika və avadanlıqlarla təmin olunduğunu bildirərək demişdir ki, bunlar eyni zamanda, yeni iş yerləri deməkdir. Aqrolizinq sahəsində çalışanlar onların istifadəsinə verilmiş texnikaların qorunmasını təmin etməli, əhaliyə səmərəli xidmət göstərilməli, kənd təsərrüfatı işlərinin görülməsi üçün tətbiq olunan qiymətlər daim nəzarətdə saxlanılmalı və ədalətli olmalıdır. Kənd təsərrüfatı sahəsində həyata keçirilən tədbirlər daim dövlətimizin diqqət mərkəzində olacaq, göstərilən qayğı davam etdiriləcəkdir. Yaradılmış şəraitdən düzgün istifadə edilməli, məhsuldarlığın artırılmasına, istehsal olunan məhsulun keyfiyyətinə, alınan texnika və avadanlıqların qorunmasına diqqət artırılmalıdır.
Sonra bazanın texniki parkına, anbarlara, inzibati binaya və təmir sexinə baxış olmuşdur.{nl}

AzərTAc

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında