"Azərbaycan Hava Yolları" QSC ölkəmizə məxsus təyyarənin İstanbulun Atatürk Beynəlxalq hava limanına endikdən sonra uçuş zolağından çıxması ilə bağlı rəsmi məlumat yaymışdır

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti ("AHY" QSC) avqustun 12-də İstanbulun Atatürk Beynəlxalq hava limanında Bakı-İstanbul marşrutu üzrə uçan 4K-AZ04 nömrəli təyyarənin yerə endikdən sonra uçuş zolağından kənara çıxması ilə bağlı rəsmi məlumat yaymışdır.
"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti prezidentinin köməkçisi, xidmət rəisi Məhərrəm Səfərli bildirmişdir ki, "AHY" Qapalı Səhmdar Cəmiyyətinə məxsus "Airbus 319"təyyarəsi 075 nömrəli reyslə yerli vaxtla saat 10.06-da Bakıdan İstanbula uçmuş, Türkiyə vaxtı ilə saat 10.40-da Atatürk Beynəlxalq hava limanında yerə enmişdir. Yerə endikdən sonra uçuş-enmə zolağına dönərkən hava gəmisinin qabaq şassisi zolağın süni örtüyündən kənara çıxdığından təyyarənin ön hissəsi torpağa oturmuşdur. Təyyarədə olan 119 sərnişin və 8 heyət üzvündən heç biri xəsarət almamışdır.
Hazırda hadisənin səbəblərinin araşdırılması məqsədi ilə "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti və Türkiyə Mülki Aviasiyasının rəsmiləri tərəfindən komissiyalar yaradılmış, təhqiqata başlanılmışdır.
İlkin araşdırmalara görə, təyyarə uçuş-enmə zolağına endikdən sonra hava gəmisinin kapitanı sürəti tənzimləyə bilməmişdir. Nəticədə qabaq şassinin ön dayağı qatlanmış və mühərrikin örtüyü zədələnmişdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında