Akademik Cəlal Əliyev ABŞ-da nəşr olunan “Bioinformatika və müqayisəli genomiks” jurnalının redaksiya heyətinin fəxri üzvü seçilmişdir

 

 

Dünya şöhrətli alim, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutunun bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin müdiri, akademik Cəlal Əliyev Amerika Birləşmiş Ştatlarında nəşr olunan “Bioinformatika və müqayisəli genomiks” jurnalının redaksiya heyətinin tərkibinə daxil edilmişdir.

AMEA-dan AzərTAc-a bildirmişlər ki, bununla bağlı jurnalın baş redaktoru Doktor Paul Anderson tərəfindən instituta məktub daxil olmuşdur. Məktubda bildirilir ki, jurnalda bioinformatika və genomiksin bütün istiqamətləri, o cümlədən klassik aspektlərlə yanaşı, müasir tədqiqatlar və yeni metodlarla bağlı tədqiqatlar çap edilir.

Akademik Cəlal Əliyev tərəfindən Azərbaycanda riyazi biologiya və bioinformatika elminin əsasının qoyulması, inkişaf etdirilməsi və bu istiqamətlərdə kadrların hazırlanmasında əldə olunan nailiyyətlər beynəlxalq səviyyədə yüksək qiymətləndirilir.

Azərbaycanlı alimin biologiya elminin aparıcı sahəsi üzrə mötəbər jurnalın redaksiya heyətinin fəxri üzvü seçilməsi elmimizin böyük uğurudur.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında