IDEA-nın bioparçalanan paketlərini şəhərimizin alış-veriş mərkəzlərindən soruşun

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi artıq bir neçə aydır ki, Azərbaycanda ilk dəfə olaraq bioparçalanan paketlərin istifadəsini reallaşdırır.

AzərTAc xəbər verir ki, adi polietilen paketlərdən fərqli olaraq bioparçalanan paketlər təbiətə atıldığı vaxt asanlıqla çürüyür və torpağa qarışır. Yəni, plastik və ya polietilen paketlər torpaqda yüz illərlə qaldığı halda, bioloji parçalanan paketlər qısa müddət ərzində torpağa qarışır və ətraf mühitə, demək olar ki, heç bir ziyan vermir.

Ekoloji təmiz paketlər Bakı şəhərinin “Bazarstore”, “Grand”, “Neptun”, “Premium” və “Kontinental” kimi iri marketlərinə və alış-veriş mərkəzlərinə paylanılmışdır. Alıcılar istənilən vaxt bu paketləri adıçəkilən alış-veriş mərkəzlərinin kassalarından soruşa bilərlər.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında