"Elektron Azərbaycan" Dövlət Proqramı uğurla icra olunur

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı"nın (Elektron Azərbaycan)" təsdiq edilməsi haqqında 11 avqust 2010-cu il tarixli sərəncam imzalamışdır. Sərəncama əsasən, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə həvalə edilmişdir. Dövlət Proqramının həyata keçirilməsi dövlət büdcəsinin vəsaitləri, habelə qanunvericiliklə qadağan olunmayan digər mənbələrin hesabına maliyyələşdiriləcəkdir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, Dövlət Proqramının məqsədi ümummilli lider Heydər Əliyevin 2003-cü ildə imzaladığı "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiyanın (2003-2012-ci illər)" hazırkı mərhələsindən irəli gələn vəzifələrin icrasını təmin etməkdir. Bu baxımdan yeni Proqram Strategiyanın ilkin dövründə reallaşdırılmış "Elektron Azərbaycan" Dövlət Proqramının icrası nəticəsində əldə olunan nailiyyətlərin davam etdirilməsi üçün ardıcıl və sistemli fəaliyyətin həyata keçirilməsini nəzərdə tutur.
Bu məqsədlərə nail olmaq üçün Dövlət Proqramına uyğun olaraq, telekommunikasiya və poçt infrastrukturunun yeni texnologiyalar əsasında müasirləşdirilməsi, respublikanın bütün ərazisi üzrə əhalinin və təşkilatların İKT xidmətlərinə çıxışının təmin olunması, radio-televiziya, o cümlədən rəqəmli televiziya yayımının genişləndirilməsi, internetin milli seqmentinin infrastrukturunun inkişaf etdirilməsi, ölkənin tranzit informasiya dəhlizi imkanlarının genişləndirilməsi, dövlət orqanlarının informasiya sistemləri və resurslarının inkişaf etdirilməsi, e-hökumət həllərinin, o cümlədən e-imza və e-sənəd dövriyyəsinin geniş tətbiqi ilə "bir pəncərə" prinsipi əsasında e-xidmətlərin təşkili istiqamətində fəaliyyət həyata keçiriləcəkdir.
Yeni Dövlət Proqramı sahələrarası xarakter daşıyır və bu səbəbdən geniş sahələri əhatə edən ölkə əhəmiyyətli İKT layihələrini özündə cəmləşdirir.
Dövlət Proqramının icrası istiqamətində görülən işlərin əlaqələndirilməsi və ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə iş planlarının hazırlanması məqsədilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində aidiyyəti qurumların səlahiyyətli nümayəndələrindən ibarət idarələrarası Əlaqələndirmə Şurasının yaradılması nəzərdə tutulur.

{nl}

V.ƏLİYEV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında