Şərurun Ələkli kəndində asfalt zavodu və qum-çınqıl karxanası istifadəyə verilmişdir

Şərur rayonunun Ələkli kəndində asfalt-beton zavodu və qum-çınqıl karxanası istifadəyə verilmişdir.
Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov tədbirdə çıxış edərək demişdir ki, yol mədəniyyətdir. Yolu abad olan yerdə inkişaf da vardır. Keyfiyyətli yol çəkilməsi üçün infrastruktur yaradılmalı, keyfiyyətli xammal hazırlanaraq asfalt-beton istehsal edilməlidir. Bu gün istifadəyə verilən kompleks həmin tələblərə tam cavab verir. Qiymətli material olan çınqıldan 3 çeşiddə məhsul istehsal olunacaq, artıq itkiyə yol verilmədən istifadə olunan materialdan asfalt-beton hazırlanacaqdır. Əvvəlki asfalt-beton zavodunun ərazisində ancaq çınqılın qumundan istifadə edilir, qalan hissəsi tullantı kimi atılırdı. Yeni zavodda isə xammalın hamısı yararlı olacaqdır. Muxtar respublikanın ərazisində olan təbii sərvətlər qorunmalı, onlardan qənaətlə və səmərəli istifadə olunmalıdır. Ona görə də bölgədə istehsal prosesində müasir texnologiyaların tətbiqinə üstünlük verilir. Bu kompleks imkan verəcəkdir ki, qısa müddət ərzində Şərur rayonunda yol infrastrukturu tamamilə yaxşılaşdırılsın, keyfiyyətli asfalt-beton yollar salınsın.
Ali Məclisin sədri zavodda istehsal ediləcək asfalt-betonun keyfiyyətli olacağına, Şərur rayonunda çəkilən yolların müasir standartlara cavab verəcəyinə əminliyini bildirmiş, bu işdə kollektivə uğurlar arzulamışdır.
Ali Məclisin sədri idarəetmə düyməsini basaraq zavodu işə salmışdır.
Asfalt zavodu 1 saat ərzində 60 ton asfalt-beton istehsal etmək gücünə malikdir. Türkiyə Respublikasının istehsalı olan "Noce" markalı, istehsal gücü saatda 120 ton olan daşdoğrayan aqreqat 3 çeşiddə məhsul istehsal edir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında