“Azərbaycanda anomal seysmik proseslər hazırda sönməyə doğru gedir”

 

 

Azərbaycan Milli Elmlər Akademiyası Kibernetika İnstitutunun Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) ilə birgə layihəsi çərçivəsində zəlzələlərin ilkin hazırlıq dövrünün, yəni anomal seysmik proseslərin (ASP) başlanmasını aşkar etməyə və onun monitorinqini həyata keçirməyə imkan verən stansiyaların fəaliyyəti nəticəsində Azərbaycanda təqribən son 30 saat ərzində anomal seysmik proseslərin aktivliyinin artması müşahidə edilmişdir.

Bunu Trend-ə Kibernetika İnstitutunun direktoru Telman Əliyev bildirmişdir.

İnstitut direktorunun sözlərinə görə, seysmik proseslərin artması nəticəsində Azərbaycanda zəlzələnin olacağı təxmin edilsə də, onun koordinatları dəqiq müəyyən edilməmişdi: “Biz hesab edirdik ki, Zaqatala-İsmayıllı zonasında zəlzələ ola bilər. Lakin konkret olaraq harada və neçə bal gücündə olacağı barədə hec nə deyə bilməzdik. Hazırda proseslər sönməyə doğru gedir”.

Qeyd edək ki, bu gün saat 16.07-də Saatlıdan 41 km şimal-şərqdə, Hacıqabul ərazisində zəlzələ qeydə alınmışdır. Zəlzələnin maqnitudası 5,70, dərinliyi isə 55 km olmuşdur.

Zəlzələ episentrdə 6 bala yaxın, respublikanın digər ərazilərində isə 3-5 bala qədər hiss olunmuşdur. İnsan tələfatı və dağıntı yoxdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında