Lənkəranda mavi yanacaq təchizatı yaxşılaşır

 

 

Bu günlərdə Lənkəran rayonunun daha iki yaşayış məntəqəsinə - Kərgəlan və Darquba kəndlərinə təbii qaz verilib.

Bu münasibətlə keçirilən təntənəli açılış mərasimində Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Kərgəlan inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əflatun Əsgərov görülən sosial tədbirlər, o cümlədən kəndlərin qazlaşdırılması barədə məlumat verib.

Qeyd olunub ki, ümumilikdə  4314 nəfər əhalisi, 1085 abonenti olan Kərgəlan və Darquba kəndlərinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında onlarla kilometrdən artıq metal və polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 1085 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. Bu məntəqələrə təbii qaz orta təzyiqli kəmər vasitəsilə “Rvo-2” qazpaylayıcı şəbəkəsindən verilməyə başlayıb.

Yerli sakinlərdən Yusif Paşayev, Reyhanə Sadıqova, Samirə Ağayeva, şəhid atası Rəhim Əliyev, müəllim Nəzakət Baxşıyeva çıxış edərək  22 illik fasilədən sonra əraziyə təbii qazın yenidən verilməsi ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə hədsiz minnətdarlıqlarını bildiriblər. Çıxışlarda  Lənkəranın sosial-iqtisadi inkişafından, bütün tədbirlərdə insan amilinə üstünlük verilməsindən razılıq hissləri ifadə olunub.   ŞİH rəhbərliyi tərəfindən bu istiqamətdə atılan addımlar təqdir edilib.  “Azəriqaz” İstehsalat Birliyinin rayonun qazlaşdırılması üzrə gördüyü tədbirlər xüsusi vurğulanıb. Bu soyuq qış günlərində təbii qaz alan evlərin sayının artması hər kəsin böyük sevincinə səbəb olub.

Mərasimdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov ölkəmizdə qaz təchizatı sisteminin yenidən qurulması istiqamətində aparılan genişmiqyaslı işlərdən, rayonun sosial infrastrukturunun yaxşılaşdırılması üçün həyata keçirilən bir sıra dövlət əhəmiyyətli layihələrdən danışıb.  O, əlamətdar hadisə – qaz verilişi  münasibətilə kənd sakinlərini təbrik edib, “mavi alov”un onların mənzillərinə istilik, hərarət, xeyir-bərəkət gətirməsini arzulayıb.

Daha sonra qazın açılışını bildirən rəmzi məşəl alovlandırılıb.

Xatırladaq ki, bundan 10 gün öncə Lənkəranın Sütəmurdov, Siyavar və Lüvəsər kəndlərinə də mavi yanacaq verilmişdir. Artıq Lənkəranın  37 kənd yaşayış məntəqəsi mavi yanacaq alır.

Əli NƏCƏFXANLI,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında