İqtisadiyyatda işləyənlərin sayı və əmək haqqı artmışdır

 

 

2014-cü il yanvarın 1-nə olan məlumata görə ölkə iqtisadiyyatında muzdla  çalışan işçilərin sayı 1510,1 min nəfər  olmuşdur. Onların  900,2 min nəfəri  iqtisadiyyatın dövlət  bölməsində, 609,9  min nəfəri  isə qeyri-dövlət  bölməsində  fəaliyyət  göstərmişdir.

Muzdla işləyənlərin  22,4  faizi  təhsil, 18,6  faizi ticarət,  nəqliyyat vasitələrinin təmiri, 13,0 faizi  sənaye, 8,7  faizi səhiyyə və  sosial  xidmət  sahəsində,  7,1  faizi  tikinti,  4,9  faizi nəqliyyat  və anbar  təsərrüfatı, 3,6 faizi  peşə, elmi və texniki  fəaliyyət  sahələrində,  2,9  faizi  kənd təsərrüfatı, meşə  təsərrüfatı  və  balıqçılıq,  1,7  faizi  informasiya  və rabitə, 17,1 faizi  iqtisadiyyatın  digər  sahələrində  məşguldurlar.

2013-cü ilin yanvar-dekabr  aylarında  ölkə iqtisadiyyatında   muzdla çalışan  işçilərin  orta aylıq  nominal  əmək haqqı  423,0  manat olmuşdur. İqtisadiyyatın  mədənçıxarma  sənayesində, maliyyə və sığorta  fəaliyyətində, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, tikinti, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək  olmuşdur.

 

Samirə ƏLİYEVA,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında