Birmingem Universitetinin internet-jurnalında Qarabağ problemi haqqında

 

 

Böyük Britaniyanın Birmingem Universitetinin dövlət idarəetmə fakültəsində təhsil alan azərbaycanlı tələbə Savalan Süleymanlının “Konfliktlər mədəni irsə necə təhlükə törədir. Dağlıq Qarabağ konfliktinin acı gerçəkləri” (How Confilcts Pose a  Threat to Cultural Heritage: Bitter Realities of the Nagorno-Karabakh Confilict”) adlı məqaləsi dünyada məşhur olan bu universitetin 11 dildə yayımlanan internet-jurnalında (http:// thelinguistmagazine.otg) çap edilmişdir.

Gənc müəllif Qarabağ probleminə beynəlxalq hüquq, ümumbəşəri dəyərlər və insan hüquqları kontekstində yanaşmış, Qarabağı müstəqil bir dövlətin–Azərbaybcanın işğal edilmiş bir ərazisi olaraq faciəsinə beynəlxalq diqqəti yönəltməyə çalışmış, bu faciənin müasir dünyanın demokratiya və dövlətlərarası münasibətlər,  mədəniyyət irsinə ehtiram əxlaqına sığmadığını göstərmişdir. Məqalə Birmingem Universitetinin tarixində ilk dəfə olaraq Qarabağın işğalı və milli mədəniyyət dəyərlərinin məhv edilməsi faktına real münasibətin bildirilməsi baxımından əhəmiyyət kəsb edir.

Elçin ABBASOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında