Azərbaycan bu il dəmir yollarında bütün sərnişin vaqonlarını yeniləyəcək

 

 

 

Bu ildən etibarən İsveçin “Bombardier” şirkəti Azərbaycan dəmir yollarında Bakı-Böyük-Kəsik istiqamətində TRACECA xətti boyunca rabitə və işarəvermə qurğularının yeni sistemə keçirilməsi prosesinə başlayacaq.

“APA-Economics”in məlumata görə, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Qurban Nəzirov bildirmişdir.

Onun sözlərinə görə, cəmiyyətin məqsədi 2015-ci ilin sonuna qədər bu dəmir yolu hissəsinin hər iki istiqamətində işləri yekunlaşdırmaqdır.

Q.Nəzirov demişdir ki, Azərbaycan dəmir yolları yükdaşıma ilə bağlı stansiyaların fəaliyyətini də gücləndirir: “Ötən il dəmir yolunda yükdaşımada lokomotivlərin istismarı ilə bağlı olan problemlər həll olunmuşdur. Ötən il Baltikyanı ölkələr və Ukraynanın müvafiq zavodlarında 10-a yaxın lokomotiv təmir olunmuş və artıq istismara verilmişdir. Eyni zamanda, ötən il Çexiyada Azərbaycan dəmir yollarına məxsus 5 teplovoz təmir olunaraq, artıq istismara buraxılmışdır. Əlavə olaraq, Azərbaycanda sərnişin təsərrüfatının yaxşılaşdırılması ilə əlaqədar xeyli iş görülmüşdür. Belə ki, 80-ə yaxın sərnişin vaqonu Ukraynada və Rusiyada təmir olunaraq istismara verilmişdir. Bununla bərabər, ötən il şimal istiqamətində hərəkət edən bütün qatarların, Bakı-Rostov, Bakı-Xarkov qatarlarının tərkibi tamamilə dəyişdirilmiş, onlar yeni vaqonlarla əvəz edilmişdir”.

İdarənin rəis müavininin sözlərinə görə, eyni zamanda ölkə daxilində hərəkət edən qatarlar və Bakı-Tbilisi qatarında vaqonlar tamamilə dəyişdirilmişdir: “2014-cü ilin sonuna qədər digər istiqamətlərdə də hərəkət edən sərnişin qatarlarının dəyişdirilməsinə nail olacağıq”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında