2014-cü ilin “Xalq Yaradıcılığı Paytaxtları” bəlli oldu

 

 

 

 

 

 

Bu il Qəbələ, Balakən və Abşeron rayonları estafeti qəbul ediblər. Mədəniyyət və Turizm Nazirliyinin “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” proqramı çərçivəsində 2014-cü il üzrə paytaxt bölgələr məlum olub. Mədəniyyət və turizm nazirinin müvafiq əmri ilə bu il üçün Qəbələ “Azərbaycanın əfsanələr paytaxtı”, Balakən “Folklor paytaxtı”, Abşeron rayonu isə “Sənətkarlıq paytaxtı” elan edilib.

Məlumatı nazirliyin mətbuat xidməti yayıb.

Qeyd edək ki, “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” proqramı Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, dəstəklənməsi, xalq yaradıcılığının təbliği və təşviqi istiqamətində aparılan islahatların davamı olaraq həyata keçirilir. Proqramın əsas məqsədləri regionlarda məqsədyönlü tədbirlərin təşkil olunması vasitəsilə Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunmasına, xalq yaradıcılığının təşviqinə, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına töhfə verməkdir. Proqramın icrası ilə əlaqədar diyarşünaslıq, folklor və sənətkarlıq nominasiyaları üzrə daxil olmuş təkliflər müvafiq namizəd şəhərlərin ümumi hazırlığı, tarixi ənənələri və digər amillər nəzərə alınmaqla təhlil edilir.

Paytaxt elan olunan bölgələrdə il ərzində milli folklor ustaları və kollektivlərinin çıxışları təmin edilir, sənətkarların əl işlərindən ibarət sərgilər təşkil olunur, milli adət-ənənələrin təbliği, respublikanın şəhər və rayonlarının beynəlxalq səviyyədə tanıdılması, daxili və xarici turizmin inkişafı istiqamətində müxtəlif layihələr reallaşdırılır.

Xatırladaq ki, 2013-cü ilin “Xalq Yaradıcılığı Paytaxtları” Xaçmaz, Zaqatala və Göygöl idi.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında