Sakinlərin etimad ünvanı – “1646”

 

 

 

 

Rayon icra hakimiyyətləri arasında ilk dəfə olaraq Binəqədidə işə başlayan Sakinlərin Müraciət Xidməti – “1646"nın yaranmasından bir il ötür. 2013 -cü il fevralın 6 - dan fəaliyyətə başlayan xidmət rayon sakinlərinin su, qaz, işıq, yol problemlərinin həlli istiqamətində reallaşdırılan mütərəqqi layihələrdən biridir.

Xidmətin ən böyük və əsas üstünlüyü hökumət orqanının hesabatlılığını və korrupsiyaya qarşı mübarizədə əhalinin rolunu artıraraq rayonun yerli struktur təşkilatlarının məsuliyyət hissinin güclənməsinə, mübahisələrin həllinə və əhalinin informasiya əldə etmək imkanlarının genişləndirilməsinə verdiyi töhfədir.

Sakinlərin Müraciət Xidmətinin (SMX) əhəmiyyətli cəhətlərindən biri rayon sakinlərinin üzləşdikləri problemlərin həlli üçün yalnız bir ünvana müraciət etmələridir. Həmin müraciətlər qeydə alınır və “bir pəncərə” prinsipi üzrə həll olunur. Bu, sakinlərin fərdi xərclərinin azalmasına, vaxt itkisinin aradan qaldırılmasına, şəffaflığın təmin edilməsinə imkan verir. Cari ildən xidmətin internet səhifəsi də fəaliyyətə başlamışdır. Rayon sakinləri birbaşa “online” rejimdə internet üzərindən xidmətə öz müraciətlərini edə və onları maraqlandıran suallara cavab ala bilirlər.

SMX “sms” xidməti fəaliyyəti də göstərir . Belə ki, şikayət xidmət tərəfindən qeydiyyata alınan zaman məlumat avtomatik olaraq aidiyyəti qurum rəhbərinin mobil telefonuna “sms” şəklində daxil olur. Bununla da şikayətlərin daha operativ həlli təmin edilir. Qeyd edək ki, 1646 nömrəsinə edilən bütün zənglər xidmətin səviyyəsinin ölçülməsi məqsədilə avtomatik rejimdə qeydə alınır və lent yazısında yaddaşda saxlanılır. Hər hansı mübahisəli məsələ meydana çıxdığı zaman həmin lent yazısına qulaq asmaq mümkündür. SMX nömrəsinə stasionar telefonlardan edilən zənglər ödənişsizdir. Bu xidmətin fəaliyyətində operativlik, nəzakətlilik və məsuliyyət əsas yer tutur. Vətəndaşlara göstərilən xidmət proqram təminatı yüklənmiş informasiya texnogiyaları vasitəsilə reallaşdırılır, mübahisələrin həllini və əhalinin müvafiq informasiya əldə etməsini sürətləndirir.

Telefon xidməti zamanı daxil olan zənglərin, verilən məlumatların və göstərilən xidmətlərin qeydiyyatı aparılır. Məhz bunun nəticəsidir ki, hazırda rayon icra hakimiyyəti rəhbərliyində yerli strukturların fəaliyyətinə nəzarət daha da güclənmişdir.

Ötən bir il ərzində vətəndaşlar tərəfindən SMX - ə 21746 müraciət daxil olmuşdur ki, onların 17224-ü birbaşa cavablandırılmış, 4499 müraciət üzrə şikayət vərəqəsi qeydiyyata alınmış, bunun 4416-sı və ya 98,2 faizinin icrası təmin edilmişdir.

Hazırda ölkə əhalisinin 70 faizdən çoxunun internet istifadəçisi olduğunu nəzərə alaraq xidmətin elektron saytı da hazırlanmışdır. İstifadəçilər sayt vasitəsilə xidmətin yaranma tarixi, fəaliyyət istiqamətləri və prinsipləri barədə tanış olur, komunal xidmətlərin göstərilməsində fasilələr barədə əvvəlcədən məlumatlar alırlar.

Binəqədi Rayon İcra Hakmiyyətində fəaliyyət göstərən SMX - nin başlıca məqsədi vətəndaş müraciətlərinin müasir tələblərə uyğun operativ cavablandırılması, ictimaiyyətlə əlaqələrin daha da genişləndirilməsi, vətəndaşların icra hakimiyyətinə gəlmədən onların problemlərinin bir telefon zəngi vasitəsilə həllnə, beləliklə, dövlət – vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəvidə inkişafına nail olmaqdır.

V.BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında