Ədliyyə Nazirliyində İtaliyanın Azərbaycandakı səfiri ilə görüş olmuşdur

Fevralın 4-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov İtaliyanın ölkəmizdəki səfiri Ciampaolo Kutillo ilə görüşmüşdür.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycanın İtaliya ilə dostluq və səmərəli əməkdaşlığını qeyd edən nazir ikitərəfli münasibətlərin inkişafında ölkə rəhbərlərinin qarşılıqlı səfərlərinin xüsusi rolunu vurğulamış, 2005-ci ildə ədliyyə nazirlikləri arasında imzalanmış əməkdaşlıq haqqında Anlaşma Memorandumunun hüquqi əlaqələrin genişləndirilməsinə təkan verdiyini bildirmişdir.

Nazir Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan məhkəmə-hüquq islahatları barədə məlumat vermiş, qarşılıqlı fəaliyyətin daha da dərinləşdirilməsi üçün geniş imkanların olduğunu, təcrübə mübadiləsinin hər iki tərəf üçün faydasını qeyd etmişdir.

Azərbaycanın İtaliya üçün vacib ölkə olduğunu bildirən səfir ölkələrimiz arasında əməkdaşlıq münasibətlərinin böyük uğurla davam etdiyini vurğulamış, respublikamızın gündən-günə dinamik tərəqqisini təqdir edərək hüquqi sahədə əlaqələrin daha da inkişaf edəcəyinə ümidvar olduğunu söyləmiş, bunun üçün səylərini əsirgəməyəcəyini bildirmişdir.

Qonaq nazirlikdə ədliyyə tarixi muzeyi ilə tanış olmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında