“Azərsu”ASC ekoloji tarazlığın qorunmasına xüsusi diqqət yetirir

 

İstehlakçıların keyfiyyətli içməli su ilə fasiləsiz təminatını həyata keçirən “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ekoloji sabitliyin təmin olunmasına və ətraf mühitin qorunmasına da xüsusi diqqət yetirir. Səhmdar cəmiyyətin kollektivi dövlət başçısı  İlham Əliyevin rəhbərliyi altında ölkədə həyata keçirilən genişmiqyaslı tədbirlərə  mühüm töhfələr verir.

Bu baxımdan “Azərsu” ASC-nin həyata keçirdiyi ekoloji tədbirlər sırasında yaşıllaşdırma işləri xüsusi əhəmiyyət kəsb edir.  Xatırladaq ki, 2011-ci ildən başlayaraq yaz və payız mövsümlərində səhmdar cəmiyyətin ayrı-ayrı əmək kollektivlərinin təşəbbüsü ilə idarə və müəssisələrin, su anbarlarının və təmizləyici qurğuların yerləşdiyi ərazilərdə geniş yaşıllaşdırma işləri aparılır.

Bu sahədə ən böyük işlər isə 2013-cü ildə görülmüşdür.  Belə ki, hesabat ilində “Azərsu” ASC-nin idarə və müəssisələrinin, su anbarlarının, təmizləyici qurğuların, yerli sukanal idarələrinin ərazilərində yaşıllaşdırma və abadlıq işləri  həyata keçirilmişdir. Bu tədbirlər çərçivəsində əkilmiş ağac və dekorativ bitkilərin ümumi sayı isə 175 minə çatmışdır. İl ərzində 22 min ədəd həmişəyaşıl, 2734 meyvə ağacı, 145 min ədəd mövsümü gül,  5200 ədəd qızılgül kolu əkilmişdir.

Bununla yanaşı,  10 min kvadratmetr sahədə qazon örtüyü salınmış, ağacların suvarılması məqsədilə 2,6 kilometr uzunluğunda su xətti çəkilmiş və damcı suvarma sistemi yaradılmışdır. Həmçinin  ötən illərdə əkilmiş ağaclara aqrotexniki qulluq göstərilmiş və abadlıq işləri aparılmışdır.

Bütövlükdə, 2011-2013-cü illərdə səhmdar cəmiyyətin idarə və  müəssisələrinin, hidrotexniki qurğularının yerləşdiyi ərazilərdə 270 minə qədər yaxın müxtəlif növdə ağac və dekorativ bitkilər əkilmişdir. Yaşıllaşdırma tədbirləri 2014-cü ildə də davam etdiriləcək və daha geniş əraziləri əhatə edəcəkdir.

M. YAQUBZADƏ,

“Xalq qəzeti”  


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında