Azərbaycan Gənclər Günü münasibətilə Ədliyyə Nazirliyində görüş keçirilmişdir

 

2 fevral – Gənclər Günü münasibətilə Ədliyyə Nazirliyində gənc ədliyyə işçiləri ilə görüş keçirilmişdir.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, tədbirdə ulu öndər tərəfindən təməli qoyulmuş və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən dövlət gənclər siyasəti nəticəsində hər bir gəncə cəmiyyətdə özünü təsdiq etməsi, yüksək bilik və bacarıqlar qazanması, intellektual və innovativ potensiallarının ümummilli məsələlərin həllinə yönəldilməsi üçün maksimum əlverişli şəraitin yaradıldığı xüsusi qeyd olunmuşdur.

Görüşdə Ədliyyə Nazirliyində aparılan məqsədyönlü kadr siyasəti nəticəsində ədliyyə orqanlarında çalışanların təxminən yarısını gənclərin təşkil etdiyi, keçən il qulluğa qəbul edilənlərin isə 80 faizinin məhz gənclər olması vurğulanmış, nazirlik tərəfindən onların peşəkar dövlət qulluqçusu kimi formalaşdırılması, nəzəri biliklərinin artırılması, qabaqcıl beynəlxalq təcrübəyə yiyələnməsi, eləcə də xidmətdə fərqlənən gənclərin həvəsləndirilməsi və vəzifədə irəli çəkilməsi istiqamətində görülən geniş tədbirlərdən bəhs olunmuşdur.

Çıxış edən gənc ədliyyə işçiləri ölkəmizdə onların hərtərəfli dövlət qayğısı ilə əhatə olunmalarına görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə etmiş, qanunun aliliyinin təmin olunması, insan hüquq və azadlıqlarının etibarlı qorunması, demokratik hüquqi dövlət quruculuğu istiqamətində üzərilərinə düşən vəzifələri daim məsuliyyətlə və əzmkarlıqla yerinə yetirəcəklərini bildirmişlər.

2 fevral - Gənclər Günü ərəfəsində kadr korpusunun sağlam düşüncəli yeni nəsil mütəxəssislərlə möhkəmləndirilməsi məqsədi ilə daha bir qrup gənc ədliyyə orqanlarına qulluğa qəbul edilmişdir. Həmçinin növbəti test imtahanından uğur qazanmış namizədlərlə hazırda fərdi qaydada söhbət aparılaraq onların hazırlıq səviyyəsi və mənəvi keyfiyyətləri qiymətləndirilməklə ədliyyə qulluğuna layiqli şəxslər seçilmişdir.

Gənclər Günü Ədliyyə Nazirliyinin struktur qurumlarında geniş qeyd olunmuşdur.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında