Sumqayıt gənclərinin bayram tədbirləri

 

Azərbaycan Gəncləri Günü sumqayıtlı oğlan və qızların yaddaşında silsilə tədbirlərlə qalacaq. Yanvarın 30-da yaradıcı, istedadlı və ictimai fəal gənclərin bir qrupu ümummilli lider Heydər 

Əliyevin şəhərdəki möhtəşəm abidəsini və 

“Şəhidlər Xiyabanı”nı ziyarət etmişlər.  

Həmin gün Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzində “Gənclik gələcəyimizdir” adlı rəsm sərgisi təşkil edilmişdir. Sonra “Gələcək bizimlədir” adlı bədii-əyləncəli tədbir keçirilmişdir.

İcra hakimiyyəti başçısının müavini Elgin Həbibullayev, Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov şəhər gənclərinin ötənilki nailiyyətlərindən danışmış, təbriklərini çatdıraraq onlara yeni uğurlar diləmişlər.

Gənc müğənnilərin, yaradıcılıq mərkəzi rəqs qrupunun və Bülbül adına uşaq incəsənət məktəbi xorunun ifaları hərarətlə qarşılanmışdır.

Sonra çeşidli nominasiyalarda qaliblər elan edilmişdir. “İlin ictimai fəal gənci”, “Fəal tələbə-gənclər təşkilatı”, “İlin qeyri-hökumət gənclər təşkilatı”, “İlin şagirdi”, “İlin tələbəsi”, “İlin gənc müəllimi”, “İlin gənc alimi”, “İlin gənc həkimi” və digər nominasiyalarda qaliblərə baş idarənin plaketləri təqdim edilmişdir. 

Bayram ərəfəsində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirilmiş layihə çərçivəsində “Sumqayıt şəhərinin Prezident təqaüdçüləri (2001-2013-cü illər)” adlı kitab da nəşr edilmişdir. Kitabda ali məktəblərə qəbul imtahanlarında, musiqi, ədəbiyyat və idman sahələrində nailiyyətlərinə görə Prezident təqaüdünə layiq görülmüş 87, həmçinin əlavə olaraq 2000-2001-ci illərdə ədəbiyyat sahəsi üzrə bu yüksək ada layiq görülmüş 2 gənc barədə məlumatlar verilmişdir.

Bundan başqa, Azərbaycan Gəncləri Gününə həsr edilmiş bir sıra idman yarışları təşkil olunmuşdur. Boks, sərbəst güləş, cüdo və başqa növlər üzrə yeniyetmələr arasında şəhər birinciliklərinin qaliblərinə baş fəxri-fərmanlar və hədiyyələr verilmişdir.

Əli NƏCƏFXANLI,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında