Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əlaqələrin daha da genişləndirilməsi məsələləri müzakirə edilmişdir

 

 

Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev ilə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Malena Mard arasında görüş keçirilmişdir.

Energetika Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin uğurlu inkişafından məmnunluq ifadə edilmişdir.

Avropa İttifaqı ilə əməkdaşlığın səviyyəsinin razılıq doğurduğunu vurğulayan N.Əliyev bu əlaqələrin gələcək illərdə də davam etdiriləcəyinə ümidvar olduğunu bildirmişdir. Ölkəmiz ilə Avropa İttifaqı arasında tərəfdaşlıq əlaqələrinin müxtəlif sahələrdə daha da möhkəmləndirilməsi üçün imkanların araşdırılmasının əhəmiyyətini qeyd edən energetika naziri Natiq Əliyev, xanım Malena Mardın Azərbaycandakı fəaliyyəti müddətində bu əlaqələrin daha da fəallaşacağına əminliyini ifadə etmişdir.

Səfir Malena Mard Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsi üçün mövcud olan qarşılıqlı marağın önəmini qeyd etmişdir. “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanmasının əhəmiyyətini vurğulayan xanım Malena Mard, ölkəmizlə təmsil etdiyi qurum arasında güclü əməkdaşlıq əlaqələrinin mövcud olduğunu demişdir.

Görüşdə ikitərəfli münasibətlərin enerji təhlükəsizliyi, iqtisadi və digər sahələrdə genişlənməsindən məmnunluq ifadə olunmuş, qarşılıqlı əlaqələrin Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığa öz töhfəsini verdiyi diqqətə çatdırılmışdır. Həmçinin yüksək səviyyədə görüşlərin bu əlaqələrin möhkəmlənməsi işinə xidmət etdiyi vurğulanmışdır.

Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin bundan sonra da genişlənəcəyinə əminliyin ifadə edildiyi görüşdə ikitərəfli əlaqələr və qarşılıqlı maraq doğuran digər məsələlər  müzakirə olunmuşdur.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında