Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan milli mətbuatı

 

 

Azərbaycan Mətbuat Şurasının milli mətbuatımızın tanınmış simalarının geniş kütləyə tanıdılması layihəsinə uyğun olaraq çəkilməsi nəzərdə tutulan silsilə filmlərin ilki olan “Bir kərə yüksələn bayraq bir daha enməz” ekran əsəri bu tarixi nidanın müəllifi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, görkəmli publisist və ictimai xadim Məhəmməd Əmin Rəsulzadəyə həsr olunmuşdur. Bu günlərdə 130 illik yubileyi ölkəmizdə təntənəli tədbirlərlə qeyd olunan ölməz ideya və əməl sahibinin doğum günündə Mətbuat Şurasında filmin təqdimat mərasimi oldu.

AMŞ sədri Əflatun Amaşov Azərbaycan demokratik mətbuatının maarifçilik ideyaları ilə yoğrulmuş ilk 40 illik mərhələsinin sonrakı illərdə həm də istiqlal məfkurəsinin başlıca daşıyıcısına çevrilməsində, dövlət müstəqilliyimizin bərpa edilməsi məramına xidmət göstərməsində Məhəmməd Əmin Rəsulzadənin müstəsna rolundan danışdı və filmdə bu tarixi faktın aparıcı mövzu olduğunu vurğuladı.

Milli Məclisin deputatı, Mətbuat Şurası idarə heyətinin üzvü, layihənin ideya müəllifi və hamisi Cavanşir Feyziyev demokratik mətbuatımızın zəngin və öyünclü tarixinin, onun aparıcı simalarının tarixi xidmətlərinin çağdaş nəsilə çatdırılmasının zəruriliyini söylədi, bu işdə vizual xronikanın yaradılmasının təsirli vasitə olduğunu qeyd etdi. Natiq bu silsilədən ilk filmin milli mətbuatımızı parlaq siyasi publisistika örnəkləri ilə zinətləndirmiş, ilk rəsmi dövri nəşrimiz “Azərbaycan”qəzetinin fəliyyətinə ideya rəhbərliyi etmiş Məhəmməd Əmin Rəsulzadəyə həsr olunmasının uğurlu başlanğıc olduğunu da söylədi.

Filmin ssenari müəllifi və çəkiliş rəhbəri şair-jurnalist Bəxtiyar Qaraca qısa müddətdə ərsəyə gətirilmiş videosalnamə üzərində yaradıcılıq işindən danışdı, silsilənin sonrakı filmlərinin yaradılmasında həmkarlarını fəal iştiraka dəvət etdi.

Sonra filmə ilk baxış oldu.

Mərasimin davamında “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Mətbuat Şurasının içraçı direktoru Rəhim Hüseynzadə, “Xalq qəzeti”nin əməkdaşı Namiq Qədimoğlu, “Zaman Azərbaycan” qəzetinin redaktoru Ürfan Məmmədli və başqa yazarlar filmi görkəmli siyasət və dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin həyat və mübarizəsinin aparıcı yönlərindən birinə işıq salan videoxronika olmaqdan əlavə, həm də anadilli mətbuatımızın milli oyanışdan istiqlal savaşına yönəlik dövrünü əks etdirən gərəkli ekran əsəri kimi dəyərləndirdilər. Bakı Dövlət Universitetinin professoru, görkəmli mətbuat tarixçisi Şirməmməd Hüseynovun söylədiyi şərh və açıqlamalar filmin diqqətçəkən cəhətlərindən biri kimi qeyd olundu.

Mərasimdə layihənin uğurla davam etdirilməsi ilə bağlı mülahizələr də səsləndi.

Tahir AYDINOĞLU,

“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında