Ekoloji qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarət gücləndirilir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən qurumları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunması vəziyyətini yoxlamaq məqsədilə bu yaxınlarda xüsusi araşdırma aparılmışdır. Bu barədə nazirliyin mətbuat xidməti məlumat yaymışdır.
Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 151 akt və protokol tərtib olunmuş və nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 78 göstəriş verilmişdir.
Ümumilikdə, 38 iş üzrə 156505 manat məbləğində cərimə tətbiq edilmiş, ondan 4055,5 manat ödənilmişdir. Ətraf mühitə dəymiş ziyanla bağlı 13 iş üzrə 2826,27 manat məbləğində iddia qaldırılmış, ondan (ötən ildən qalanla birlikdə) 4135,43 manatın ödənilməsi təmin edilmişdir. İdarə və müəssisələrə 182 iş üzrə 29401,85 manat məbləğində ödəmə tətbiq edilmiş, ondan (ötən ildən qalanla birlikdə) 59198,19 manatın ödənilməsi təmin olunmuşdur. Tədbir görülməsi üçün məhkəmələrə göndərilmiş 2 işdən (ötən ildən qalanla birlikdə) 14-nə, məhkəmə nəzarətçiləri və məhkəmə icraçılarına göndərilmiş 8 işdən 5-nə baxılaraq müvafiq tədbir görülmüş, hüquq mühafizə orqanlarına göndərilmiş 5 işə isə baxılmamışdır.
Su ehtiyatlarının mühafizəsi üzrə 43 akt və protokol tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün 21 icrası məcburi olan göstəriş verilmişdir. 11 iş üzrə 47500 manat məbləğində cərimə, 39 iş üzrə 5142 manat məbləğində ödəmə tətbiq edilmişdir.
Atmosfer havasının mühafizəsinə nəzarət məqsədilə müvafiq araşdırmalar aparılaraq 14 akt və protokol tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün 15 məcburi göstəriş verilmişdir. 4 iş üzrə 7560 manat məbləğində cərimə, 93 iş üzrə 16869,96 manat məbləğində ödəmə tətbiq edilmişdir.
Elə torpağın mühafizəsi sahəsində də qanun pozuntularına yol verildiyi aşkar olunmuşdur.
Yerin təkinin mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 15 akt və protokol tərtib olunmuş, 1 icrası məcburi olan göstəriş verilmişdir. 3 iş üzrə 2800 manat məbləğində cərimə tətbiq edilmiş, dəymiş ziyanla bağlı 3 iş üzrə 1207,25 manat məbləğində iddia qaldırılmışdır. Tullantıların idarə olunması sahəsində aşkar olunmuş qanun pozuntularına görə 47 akt və protokol tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 39 icrası məcburi olan göstəriş verilmişdir. 4 iş üzrə 13500 manat məbləğində cərimə, 45 iş üzrə isə 7039,89 manat məbləğində ödəmə tətbiq edilmişdir. Flora və faunanın mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 23 akt və protokol tərtib olunmuşdur. Floranın mühafizəsi sahəsində 8 iş üzrə 49500 manat, faunanın mühafizəsi sahəsində isə 4 iş üzrə 3045 manat məbləğində cərimə tətbiq edilmişdir.
Nəhayət, su hövzələrində bioloji resursların mühafizəsi və artırılması sahəsində dəymiş ziyanla bağlı 2 iş üzrə 1010 manat məbləğində iddia qaldırılmışdır.
Göründüyü kimi, hələ ekoloji qanunvericiliyin tələblərinə ciddi əməl olunmur, bunun üçün qanun pozuntularına qarşı mübarizə daha da gücləndirilməlidir.{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında