Ölkə ərazisində qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər keçirilmişdir

 

 Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər Nazirliklərinin əməkdaşları tərəfindən “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması, qanunsuz ov edilməsi, ovlanmış çöl quşlarının və heyvanların qeyri-qanuni satışının qarşısının alınması məqsədilə yanvarın 25-27-də ölkə ərazisində növbəti reydlər keçirilmişdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən aldığımız məlumatda bildirilir ki, keçirilən reydlər zamanı Saatlı rayonu “Sarısu” ovçuluq təsərrüfatında Saatlı rayonu Bəylik kənd sakini F.Əliyevdən 2 ədəd ov tüfəngi, İmişli rayonu “Şərbət-Qobu” ovçuluq təsərrüfatının ərazisində İmişli şəhər sakinləri A.Həşimov və Y.Viktoreviçdən 1 ədəd ov tüfəngi, balıq ovunda istifadə olunan elektrik avadanlıqları, 4 baş qaşqaldaq quşu və qanunsuz tutulmuş 42 ədəd müxtəlif növ balıq, Şabran rayonu ərazisində “Ağzıbir” ovçuluq təsərrüfatında Siyəzən şəhər sakini R.Qasımovdan 1 ədəd ov tüfəngi, Hacıqabul rayonu ərazisində Hacıqabul şəhər sakini N.Umbayevdən 1 ədəd ov tüfəngi və 2 ördək, Şamaxı rayon Quşçu kənd sakini Ş.Niftalıyevdən 1 ədəd ov tüfəngi və 4 ördək götürülmüşdür.

Faktlarla bağlı protokollar tərtib edilərək hər bir qanun pozucusu İnzibati Xətalar Məcəlləsinə əsasən 1500 manat məbləğində cərimə olunmuşdur.

Eyni zamanda, Bakı-Şamaxı avtomobil yolunun kənarında keçirilən reydlər zamanı adı “Azərbaycan Respublikasının Qırmızı Kitabı”na salınmış 20 ədəd bəzgək quşunun və 6 ədəd çöl ördəyinin Qobustan rayon Bədəlli kənd sakinləri C.Yeylağalıyev, P.Məmmədov, T.Adıgözəlov və E.Canatov, Bakı-Quba magistral avtomobil yolunun kənarında 7 ədəd nərə cinsli balıq növlərinin Siyəzən şəhər sakini F.Hacıyev, bundan başqa şəxsiyyətlərinin müəyyənləşdirilməsi mümkün olmayan ayrı-ayrı şəxslər tərəfindən, ümumilikdə 92 ədəd müxtəlif balıq növlərinin (çəki, kütüm, kefal və s.), Ələt-Astara avtomobil yolunun kənarında Salyan rayon sakinləri tərəfindən 15 ədəd çəki, 12 ədəd xanı balığının, Lənkəran rayonu ərazisində yol kənarında Lənkəran rayon sakini O.Mustafayev tərəfindən 4 ədəd xanı balığının, Masallı rayon sakini Ə.Ağayev tərəfindən 8 baş qaşqaldaq quşunun qanunsuz satışının təşkil edildiyi aşkar olunmuşdur.

Qanun pozucuları barəsində müvafiq aktlar tərtib edilmiş, qanunsuz ov məhsulları qanunvericiliyə uyğun qaydada götürülərək tədbir görülməsi üçün aidiyyəti rayon Polis Şöbələrinə verilmişdir. Hazırda araşdırmalar aparılır və qanun pozucularının məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Keçirilən reydlər zamanı qanunsuz ov edən şəxslərdən ümumilikdə 6 ov tüfəngi, 44 baş ov quşu, 172 ədəd müxtəlif növ balıq götürülərək, 7500 manat məbləğində inzibati qaydada cərimə tətbiq olunmuş, götürülmüş ov quşları yandırılaraq məhv edilmişdir.

Respublika ərazisində qanunsuz ov hallarının qarşısını almaq məqsədilə reydlər davam etdirilir.

Samirə ƏLİYEVA,

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında