Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yeni mənzillərə köçürülmə prosesi zamanı bəzi dələduzluq halları ilə bağlı məlumat yaymışdır

 

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi qaçqın və məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi prosesi zamanı baş vermiş bəzi dələduzluq halları ilə bağlı məlumat yaymışdır.

Dövlət Komitəsinin mətbuat xidmətindən AzərTAc-a daxil olmuş məlumatda bildirilir ki, qaçqın və məcburi köçkünlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması daim Azərbaycan Prezidentinin diqqət mərkəzində olmuşdur və bu sahədə iş uğurla davam edir. Belə ki, 2001-2013-cü illər ərzində 180 min qaçqın və məcburi köçkün yeni mənzillərə köçürülmüş və bu proses xüsusi yaradılmış komissiyanın, həmçinin məcburi köçkünlərin özlərinin iştirakı ilə yüksək şəffaflıq şəraitində həyata keçirilmişdir.

Məlumatda daha sonra deyilir: Təəssüflə qeyd edilməlidir ki, köçürülmə prosesi zamanı bəzi dələduzluq halları barədə komitəyə şifahi məlumatlar daxil olmuşdur. Komitə və hüquq-mühafizə orqanları tərəfindən qurumla heç bir əlaqəsi olmayan həmin şəxslər müəyyənləşdirilmiş və onların barəsində ciddi tədbirlər görülmüşdür. Qeyri-rəsmi məlumata görə, hazırda Bakı və Gəncə şəhərlərində bu cür dələduzluq hallarına cəhd olunur.

Dövlət Komitəsi bildirir ki, köçürülmə prosesi əvvəllər olduğu kimi, yenə şəffaf şəkildə həyata keçirilir və bütün mənfi halların qarşısı qətiyyətlə alınacaqdır. Məcburi köçkünlərə ciddi xəbərdarlıq edilir ki, dələduzluq hallarının iştirakçısı olan və ona qoşulan hər kəs cinayət məsuliyyətinə cəlb olunacaqdır.

Komitə bütün məcburi köçkünlərə müraciət edir ki, belə hallarla rastlaşdıqda dərhal bu barədə quruma məlumat versinlər. Əlaqə telefonları belədir: Tel: 012-530-82-37,  012-431-31-26.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında