Nəqliyyat naziri Şabranda ölkənin şimal bölgəsindən olan vətəndaşları qəbul etmişdir

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin həllinə kömək göstərirlər.

Yanvarın 29-da nəqliyyat naziri Ziya Məmmədov Şabran şəhərində Siyəzən, Şabran, Xaçmaz, Qusar və Quba  rayonlarından olan vətəndaşları qəbul etmişdir.

Nəqliyyat Nazirliyinin struktur rəhbərlərinin də iştirak etdikləri qəbulda bu regionda yaşayan 100-ə yaxın vətəndaşın nəqliyyat məsələləri ilə bağlı müraciətlərinə baxılmışdır.

Görüşdə vətəndaşların müraciətlərinin əsas hissəsi nəqliyyat infrastrukturunda çalışan mütəxəssislərin sosial problemlərinin həlli, bu sahədə ixtisaslı mütəxəssislərin işlə təmin edilmələri, kənd yollarının abadlaşdırılması, şəhərətrafı yollarda müvafiq infrastrukturun yaxşılaşdırılması ilə bağlı olmuşdur.

Vətəndaşların müraciətlərinin bəziləri yerindəcə həll edilmiş, digər məsələlərlə bağlı nazirliyin əlaqədar struktur rəhbərlərinə tapşırıqlar verilmişdir.

Nəqliyyat Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə baxılması və müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınmışdır.

Nazir Ziya Məmmədov respublikamızda yol tikintisi istiqamətində olduqca böyük layihələrin gerçəkləşdiyini bildirmiş, eyni zamanda, kənd yollarının abadlaşdırılmasının da ölkə rəhbərliyinin daim diqqət mərkəzində olduğunu qeyd etmişdir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında