Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə bağlı “Xüsusi buraxılış”

 

 

 “Kaspi” qəzeti Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə bağlı “Xüsusi buraxılış” nəşr etmişdir.

AzərTAc xəbər verir ki, “Xüsusi buraxılış”ın redaksiya məqaləsində yeni tarixinin üçüncü on illiyinə qədəm qoyan müstəqil dövlətimizin gücünü şərtləndirən mühüm amillərdən birinin onun Azərbaycan Xalq Cümhuriyyətinin varisi olması və qısa zamanda bu şərəfli ada layiq olduğunu təsdiqləməsi qeyd edilir.

Bildirilir ki, milli dəyərlərimizin qorunması və təbliği sahəsində dövlətin ardıcıl siyasətinin nəticəsidir ki, Cümhuriyyət qurucularının irsinə daim böyük diqqət göstərilir. Qısa müddətdə orta məktəblər üçün tarix dərsliklərinin yazılması, çoxcildli “Azərbaycan tarixi”nin işıq üzü görməsi, yeni konsepsiyaya söykənərək ümumiləşmiş vəsaitlərin hazırlanması prosesinin davam etdirilməsi, Xalq Cümhuriyyəti Ensiklopediyasının buraxılması, Naxçıvan və İrəvan xanlıqlarının tarixini hazırlayan alimlər korpusuna Dövlət Mükafatının verilməsi milli kimliyimizin öyrənilməsinə mühüm töhfələrdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə Dövlət Bayrağı Meydanın tikilməsi və üçrəngli bayrağımızın dünyanın ən hündür dirəyinə sancılması, istiqlalımızı elan edənlərin şərəfinə paytaxtın İstiqlaliyyət küçəsində xatirə abidəsinin ucaldılması milli və tarixi dəyərlərimizə sədaqətin, hörmətin bariz nümunəsidir. 

“Xüsusi buraxılış”da bir daha xatırladılır ki, ümummilli lider Heydər Əliyev 1993-cü il dekabrın 29-da “Azərbaycanın görkəmli ictimai-siyasi xadimi M.Ə.Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalamaqla Cümhuriyyət irsinə necə böyük önəm verdiyini göstərmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında” 2013-cü il 22 noyabr tarixli  sərəncamı ilə bu varislik xəttinin davam etdirildiyini təsdiqləmişdir. Azərbaycan Prezidentinin bu sərəncamı bir daha sübut etdi ki, M.Ə. Rəsulzadə adı bir firqənin deyil, Azərbaycan tarixini yaradan şəxsiyyətlərin cərgəsindədir. 

“Xüsusi buraxılış”da M.Ə.Rəsulzadənin fəaliyyətinin bütün istiqamətlərini əhatə edən məqalələr yer almışdır.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında