Beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat üzrə çempionat keçirilmişdir

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Klubunun təşkilatçılığı ilə beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat üzrə çempionat keçirilmişdir.

FHN-dən bildirmişlər ki, beş gün davam edən qarşılaşmanın final mərhələsi nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində olmuşdur.

İdman sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayev tədbiri açaraq idmançılara uğurlar arzulamışdır. Bildirilmişdir ki, yarışmada nazirliyin 24 strukturunun 100-ə yaxın nümayəndəsi iştirak etmişdir. Çempionat cari ildə klubun təşkil etdiyi ilk yarışdır. 

Yarışları beynəlxalq dərəcəli baş hakim Bəxtiyar Rüstəmov, beynəlxalq dərəcəli baş katib Vitali Sopranov, respublika dərəcəli hakim Azər Abdullayev və I dərəcəli hakim Anar Ələkbərov izləmişlər.

Tədbirdə fəxri qonaqlar qismində Vüqar Həşimovun atası Qasım Həşimov, Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov və başqaları iştirak etmişlər.

Oyun başa çatdıqdan sonra fəxri qonaqların iştirakı ilə mükafatlandırma mərasimi keçirilmişdir.

Qaliblər həm komanda, həm də fərdi şəkildə təltif olunmuşlar.

İdmançılardan Ramiz İsgəndərov (FHN-nin Akademiyası) 1-ci, Elçin Əsədov (Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi) 2-ci, Dəyanət Məmmədov isə (Şimal Qərb Regional Mərkəzi) 3-cü yerə çıxmışlar. Qaliblər diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.

Komanda hesabında 1-ci yerə Dövlət Yanğından Mühafizə Xidməti, 2-ci yerə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, 3-cü yerə isə FHN-nin Akademiyası layiq görülmüşlər.

Qasım Həşimov oğlunun xatirəsinə həsr olunmuş tədbirin təşkilinə görə minnətdarlığını bildirmiş və bu cür yarışların davamlı olmasını arzulamışdır.

Füzuli Musayev çıxışında demişdir ki, Vüqar Həşimov Azərbaycanı layiqincə təmsil edib ölkəmizin adını zirvələrə ucaldan şahmatçı olmuşdur. Beynəlxalq qrossmeysterin xatirəsinə həsr olunan bu tədbirdə fəxri qonaq qismində tanınmış şəxslər yaxından iştirak etmişlər.

Qeyd olunmuşdur ki, gənclər və idman naziri Azad Rəhimov şahmat turnirini ənənəvi keçirilməsini təklif etmişdir. İdman Sağlamlıq Klubu da bu təklifə qoşulmuşdur və belə tədbirlər davamlı olacaqdır.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında