Hindistanın milli bayramı şərəfinə

 

 

 

Yanvarın 27-də Hindistanın Azərbaycandakı səfirliyi bu ölkənin milli bayramı - Respublika Günü münasibətilə rəsmi qəbul təşkil etmişdir.

AzərTAc xəbər verir ki, əvvəlcə Azərbaycanın və Hindistanın dövlət himnləri səsləndirilmişdir.

Səfir Vinod Kumar ölkəsinin müxtəlif sahələrdə əldə etdiyi uğurlardan, Azərbaycan ilə Hindistan arasındakı tarixən mövcud əlaqələrdən danışmışdır. O bildirmişdir ki, müstəqilliyini bərpa etdikdən dərhal sonra Azərbaycanın diplomatik əlaqələr qurduğu ölkələrdən biri də Hindistandır. Azərbaycan-Hindistan əlaqələri bundan sonra daha da inkişaf edəcəkdir.

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov əlamətdar gün münasibətilə Hindistan xalqını Prezident İlham Əliyevin adından təbrik etmiş, dövlətimizin başçısının salamlarını və ən xoş arzularını çatdırmışdır.

Nazir bildirmişdir ki, ölkələrimiz arasında mövcud olan səmimi münasibətlər hər iki xalqın rifahı naminə sürətlə inkişaf edir. Mədəni, iqtisadi, texnoloji və digər sahələrdə fəaliyyətini uğurla davam etdirən Azərbaycan-Hindistan Hökumətlərarası Komissiyası hazırda ikitərəfli əlaqələrin inkişafına töhfəsini verməkdədir.

Nazir əldə etdiyi nailiyyətləri möhkəmləndirmək üçün Azərbaycanın bütün ölkələr ilə müxtəlif sahələrdə münasibətləri inkişaf etdirməkdə maraqlı olduğunu diqqətə çatdırmışdır. Bildirmişdir ki, bu baxımdan Hindistan ilə əlaqələr xüsusi əhəmiyyət kəsb edir.

Qəbulda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında