“Azərbaycanda bağçılıq sahəsində dəyər zəncirinin təhlili” üzrə tədqiqat qrupunun rəhbəri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində olmuşdur

 

 

 

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycanda İnvestisiya Mühiti üzrə Məsləhət Xidmətləri Layihəsi çərçivəsində gerçəkləşdirdiyi “Azərbaycanda bağçılıq sahəsində dəyər zəncirinin təhlili” üzrə tədqiqat qrupunun rəhbəri xanım Darya Radiç ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, tədqiqat qrupunun rəhbəri Darya Radiç Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) ölkəmizdə həyata keçirdiyi layihə barədə məlumat verərək bildirmişdir ki, məqsəd Azərbaycanın yüksək potensiallı kənd təsərrüfatı alt-sektorunda investisiya mühitini yaxşılaşdırmaq üçün tövsiyələr əldə etməkdir. Bu tövsiyələr alt-sektorun inkişafını təmin edəcək, rəqabətlilik qabiliyyətini artıracaq, biznes imkanlarının genişlənməsinə şərait yaradacaqdır.

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan Respublikasında aparılan aqrar-torpaq islahatları barəsində ətraflı məlumat verərək qeyd etmişdir ki, bu uzaqgörən siyasət nəticəsində ölkəmizdə kənd təsərrüfatı inkişaf etmiş, məhsul istehsalının artırılması, əhalinin maddi rifah halının yüksəldilməsi, istehsal şəraitinin yaxşılaşdırılması, torpaq-əkinçi münasibətlərinin formalaşması üçün böyük işlər görülmüşdür. Bu sahədə islahatlar Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Azərbaycanda torpaq örtüyünün zənginliyinin, əlverişli iqlim şəraitinin müxtəlif növ meyvələrin yetişdirilməsi üçün böyük imkanlar yaratdığını vurğulayan komitə sədri qonağa bağçılıq məhsullarının dəyər zəncirinin tam şəkildə müəyyən edilməsi üçün torpağın məhsuldarlığı, meliorasiya və irriqasiya işləri ilə yaxından tanış olmağı tövsiyə etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında