Nailiyyətlərlə arxayınlaşmaq olmaz

 

 

 

 

 

Xətai Rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar hesabat yığıncağı keçirildi. Geniş məruzə ilə çıxış edən ərazi dairəsi üzrə nümayəndə Nəbi Şirinov bildirdi ki, ötən il Xətai rayonunun və onun inzibati ərazi dairələrinin “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda əksini tapmış problemlər çox böyük sürət və təşəbbüskarlıqla həll olunmuş, sakinlərin sosial - məişət qayğılarına xüsusi diqqət yetirilmişdir.

Natiq konkret faktları açıqlayaraq qeyd etdi ki, Dövlət Proqramı əsasında ərazimizdəki uşaq bağçaları, məktəblər və səhiyyə müəssisələri əsaslı qaydada təmir olunur və ya yenidən tikilir, hər bir səhiyyə müəssisəsi müasir avadanlıqlarla təchiz olunur. Əminliklə qeyd etmək istərdim ki, proqramın icrası tam başa çatdıqdan sonra rayonumuzda yeniləşməyə ehtiyacı olan müəssisə qalmayacaqdır.

Məruzədə qeyd olundu ki, ötən ildə rayonda aparılan genişmiqyaslı abadlıq, quruculuq və yenidənqurma işləri çərçivəsində ərazidə yerləşən 135 çoxmənzilli binada 129 yeni lift quraşdırılmış və 18 liftin cari təmiri aparılmışdır. Qış mövsümündə vətəndaşları ciddi narahat edən istilik təchizatının təmin edilməsi üçün müvafiq dövlət müəssisələri ilə aparılan işlər öz nəticəsini vermiş və hazırda 124 çoxmənzilli bina fasiləsiz olaraq istiliklə təchiz olunur. Sakinlərin fasiləsiz qaz, elektrik enerjisi, su və istiliklə təmin olunması prioritet vəzifə kimi daim diqqətdə saxlanılır.

Qarşıda daha mühüm vəzifələrin olduğunu bildirən natiq rayon rəhbərliyinin qayğısı ilə bu vəzifələrə ciddi yanaşacaqlarına və tapşırılan işləri yüksək məsuliyyətlə yerinə yetirəcəklərinə söz verdi.

Yığıncaqda çıxış edən rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov görülən işlərdən danışarkən bildirdi ki, 2013-cü ilin birinci yarısında rayonun iqtisadi və sosial sahələrində baş vermiş dəyişiklikləri əks etdirən makroiqtisadi göstəricilər məhsul istehsalı və xidmət sahələrinin dinamik inkişafını və onlara mütənasib olaraq sosial məsələlərin uğurla həll edildiyini göstərir.

R. Məmmədov vurğuladı ki, 2013-cü ildə ölkəmizdə sosial məsələlərin həllinə daha çox diqqət yetirilmiş və bu da Azərbaycanda həyata keçirilən siyasətin sosial xarakterini və ölkədə sosial ədalət prinsiplərinin bərqərar olduğunu nümayiş etdirir. Güclü iqtisaiyyatın əsas istiqamətinə çevrilmiş bu sosial-siyasi inkişaf dinamikası Xətai rayonunda da özünü parlaq şəkildə nümayiş etdirir və bu gün sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin hesabatlarından aydın olur ki, rayonumuzda uzun illərdən bəri həllini tapa bilməyən bir çox sosial problemlər artıq tarixə  çevrilir, sakinlərimiz hər addımda Heydər Əliyev strategiyasının gerçək nəticələrindən bəhrələnirlər. Bir ildən artıqdır ki, investisiya proqramına uyğun olaraq paytaxtın, eləcə də ətraf kənd və qəsəbələrin içməli su təchizatı sistemi olaraq yenidən qurulur və kanalizasiya şəbəkələrinin yaradılması ilə bağlı mühüm tədbirlər həyata keçirilir. Nəinki paytaxtın, artıq regionların fasiləsiz enerji təchizatı ilə bağlı heç bir problem qalmamışdır. Bakının qaz təchizatı problemlər siyahısından demək olar ki, çıxmışdır.

Razim Məmmədov görülən işlərə münasibət bildirərək qeyd etdi ki, bir yaşı olan inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin ötən müddət ərzində fəaliyyətləri onların səmərəliliyini, işlərini günün tələbləri səviyyəsində qurduğunu göstərir. Ancaq bundan arxayınlaşmaq olmaz. Çünki, qarşıda cox ciddi vəzifələr durur və onların həyata keçirilməsində rayonun bütün qurumları kimi nümayəndəliklər də çevik olmalı və təşəbbüskarlıq göstərməlidirlər.

İlqar RÜSTƏMOV,

Rafiq SALMANOV (foto), “Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında