“İrəvan xanlığının tarixi”

 

 

 

Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycanda Elmi İrsin Toplanması və Sistemləşdirilməsi Elmi Mərkəzinin rəisi, tarix elmləri doktoru Zemfira Hacıyevanın yeni çapdan çıxmış albom-kataloqu belə adlanır. Bu kataloqda İrəvan xanlığına dair geniş elmi bilgilərlə yanaşı,

133 foto və xəritə də verilmişdir.

Kataloqun giriş məqaləsi üç dildə verilib. Azərbaycan, rus və ingilis dillərində yazılmış bu məqalədə İrəvan xanlığının tarixi öz əksini tapmışdır. Məqalənin əvvəlində Azərbaycan Prezidenti İlham Əliyevin bu sözləri verilmişdir: “Biz hamımız yaxşı bilirik ki, indiki Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaradılıb, İrəvan xanlığı, Zəngəzur mahalı və digər regionlar bizim tarixi ərazilərimizdir”.

Müəllif giriş məqaləsində qeyd edir ki, orta əsr şəhəri İrəvanın tarixi haqqında ilk məlumatlara məşhur türk səyyahı–coğrafiyaçı Övliya Çələbinin “Səyahətnamə” (“Səyahətlər kitabı”) kitabında rast gəlinir. Orada müəllif bu yaşayış məntəqəsinin yaranma tarixini XV əsrin əvvəllərinə aid edib. Çələbinin məlumatlarına görə, 1407-1408-ci illərdə Əmir Teymurun əzizlərindən biri olan tacir Xoca xan Ləhicani İrəvan torpağına ilk addımını atır. O, münbit torpaqlı məmləkəti görüb öz yaxınları ilə orada məskən salır. Bundan əlavə, Övliya Çələbi qeyd edir ki, 1509-1510-cu illərdə İrəvanın istilasından sonra Şah İsmayıl Xətai öz vəziri Rəvanqulu xana bu strateji əhəmiyyətli məkanda, Zəngi çayının sahilində bir qala tikməyi əmr edir.

Rəvanqulu xan qalanı 7 ilə tikir və sonradan qala “Rəvan” adlanır. Nəşrdə İrəvanın xanlıq dövrünə aid geniş bilgilər verilmişdir. Kitabda şəhərin siyasi-ictimai, sosial və mədəni həyatına dair dəyərli məlumatlar yer alıb. “İrəvan xanlığının tarixi” kataloqunun bir mühüm özəlliyi də bu qədim yurd yerinin əzəli Azrbaycan torpağı olmasını isbat edən tarixi sənədlərdən çıxarışların, sitatların verilməsidir.

Qeyd edək ki,  Zemfira Hacıyeva Azərbaycan, o cümlədən Qarabağ və İrəvan xanlıqlarının tarixinə dair bir neçə kitabın müəllifidir.

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında