Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın cəbhə xəttində son təxribatları ilə bağlı açıqlaması

 

 

 

Son günlərdə Ermənistan tərəfindən Azərbaycana qarşı çoxsaylı təxribat əməllərinin törədilməsi və atəşkəs rejiminin intensiv şəkildə pozulması nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabiti kapitan Elnur Cəfərov snayper atəşi ilə qətlə yetirilmiş, bir nəfər mülki şəxs yaralanmış, dərs saatlarında orta məktəb binası atəşə tutulmuş və cəbhə bölgəsinə yaxın ərazilərdə yaşayan mülki əhalinin evləri və şəxsi təsərrüfatları kütləvi atəşə məruz qalmışdır.    

Təxribat xarakterli əməllərini davam etdirərək və hədələrlə dolu bəyanatlarla çıxış edərək, məqsədyönlü şəkildə vəziyyəti gərginləşdirən Ermənistanın indi “etimad quruculuğu tədbirləri”ndən və “sülh”dən danışması yalnız beynəlxalq ictimaiyyəti və Ermənistan cəmiyyətini cəbhə xəttində baş verən hadisələrlə bağlı aldatmaq və bu hadisələrin həqiqi mahiyyətindən yayınmaq məqsədini daşıyır.

Cəbhə xəttində yaşanan gərginliyə görə bütün məsuliyyət Azərbaycan Respublikasının ərazisini işğal edən və Azərbaycana qarşı təcavüz siyasəti yürüdən dövlət kimi, bilavasitə Ermənistanın üzərinə düşür. BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, BMT Nizamnaməsinə və beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq, Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarının işğalını davam etdirməsi əsas gərginlik mənbəyi olaraq, münaqişənin sülh yolu ilə həllinə və regionda sülhün bərqərar olmasına başlıca maneədir.

Münaqişənin həlli ilə əlaqədar Azərbaycanın mövqeyi tam şəkildə aydındır. Bu, beynəlxalq hüququn norma və prinsiplərinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanır. Münaqişənin həllinə nail olmaq üçün, ilk növbədə, Ermənistanın silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır. Bu, regionda sülh və sabitliyin bərqərar olunması üçün ən qısa və səmərəli yoldur.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında