Cənubi Koreyada 300 Mbit/s sürətində mobil internet işə salınacaq

 

 

Cənubi Koreya internetləşmənin səviyyəsinə görə dünya lideridir. Belə ki, ölkə əhalisinin yarısı internetə çıxış imkanına malikdir, internetə qoşulmanın orta sürəti14 Mbit/saniyəyə yaxındır. Cənubi Koreya həmçinin mobil internetin sürətinə görə də hamıdan irəlidədir. Məlumatı   DailyComm   saytı yayıb.

Dünyanın ilk “LTE-Advanced” şəbəkəsi 2013-cü ilin yayında məhz Cənubi Koreyada istifadəyə verilib. Operatorunun “SK Telecom” şirkətinin (ötən ilin sentyabrında ona Cənubi Koreyanın digər mobil rabitə operatorları da qoşulub) olduğu servis 150 Mbit/saniyə sürətinədək buraxılış qabiliyyətini təmin edir ki, bu da müasir “LTE” şəbəkələrində məlumatların ötürülmə sürətini təxminən iki dəfə, “3G” texnologiyasını isə 10 dəfə üstələyir.         

 2014-cü il ərzində “SK Telecom” və “LG Uplus” şirkətləri “3band LTE-Advanced” adlı şəbəkəni istifadəyə vermək niyyətindədir. Burada abunəçilər məlumatları 300 Mbit/s sürətində ötürmək imkanı əldə edəcəklər. Bu, 10 MHs tezliyinin iki kanalının və 20 MHs tezliyinin bir kanalının birləşdirilməsi sayəsində mümkün olacaq.

Operator yeni ultrasürətli texnologiyanın imkanlarını fevralda keçiriləcək “3GSM” tədbirində təqdim etmək niyyətindədir.

M.MÜKƏRRƏMOĞLU,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında