Azərbaycanda ilk dəfə Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti (MMMC) dövlət qeydiyyatına alınmışdır

 

 

İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən Mənzil Məcəlləsinin və bu sahədə qəbul olunmuş normativ-hüquqi aktların müddəalarının təbliği, formalaşmaqda olan yeni münasibətlərə dair maarifləndirmə işlərinin aparılması, çoxmənzilli binaların yeni idarəetmə üsullarının tətbiqinin sürətləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Aparılan işlərin nəticəsi olaraq, Binəqədi rayonunun S.S.Axundov 4, İ.Dadaşov 90 və 91a ünvanlarındakı 3 binada Azərbaycanda ilk dəfə olaraq Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti (MMMC) dövlət qeydiyyat orqanında “Binəqədi-1" MMMC adı ilə qeydiyyata alınmışdır. Həmçinin, Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi, 45 ünvanında yerləşən yeni tikilmiş binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən həmin binanın saxlanması, abadlaşdırılması və idarə olunması məsələləri müqavilə əsasında idarəetməyə verilmişdir. 

Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsi, 89A ünvanında yerləşən yeni tikilmiş 16 mərtəbəli, 150 mənzilli binanın sakinləri tərəfindən də idarəetmə üsulunun seçilməsi məqsədilə ümumi yığıncaq keçirilmiş, Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti təsis olunmuşdur. Həmin MMMC-nin sənədləri hazırlanaraq qeydiyyat orqanına təqdim olunmuşdur.

Hazırda, Binəqədi, Yasamal, Səbail və Nərimanov rayonlarında 21 çoxmənzilli binada Mənzil Məcəlləsindən irəli gələn yeni idarəetmə üsullarının tətbiqi ilə əlaqədar sakinlərlə mütəmadi olaraq görüşlər keçirilir və onlara normativ hüquqi və təşkilati məsələlərdə müvafiq köməklik göstərilir.

Bu sahədə idarəetmə prosesinin daha əhatəli və mükəmməl təşkili məqsədilə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi məqsədilə hazırda Avropa İttifaqının maliyyə dəstəyi əsasında “Azərbaycanda mənzil - kommunal sahəsində islahatlara dəstək” layihəsi də həyata keçirilir ki, bu da sahədə islahatların daha da dərinləşməsinə ciddi təkan verəcəkdir.

Vaqif BAYRAMOV,

 “Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim
May, 2025
Mon
Tue
Wed
Thu
Fri
Sat
Sun
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31

Hava haqqında