Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu keçirilmişdir

 

 

Yanvarın 24-də Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu keçirilmişdir.

Ali Məhkəmənin sədri Ramiz Rzayev Plenumun iclasını açaraq bildirmişdir ki, 2013-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin məhkəmə sistemi ilə bağlı sərəncamlarının icrası və Ali Məhkəmənin fəaliyyətinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində bir sıra işlər görülmüşdür. Ədalət mühakiməsinin yüksək səviyyədə həyata keçirilməsi üçün ən müasir standartlara uyğun şərait yaradılmış, Ali Məhkəmənin fəaliyyətinin hüquqi və informasiya təminatı gücləndirilmiş, aparatda yeni texnologiyalar tətbiq edilmiş, hakimlərin və məhkəmə aparatı işçilərinin sosial təminatı yaxşılaşdırılmış, maddi-texniki baza möhkəmləndirilmişdir. Eyni zamanda, əvvəlki illərlə müqayisədə ötən il ərzində vətəndaşların hüquqlarının məhkəmə müdafiəsinin səviyyəsi yüksəlmişdir. Respublikamızın bir sıra rayonlarında yeni məhkəmə binaları tikilib istifadəyə verilmişdir.

Ali Məhkəmənin sədri vurğulamışdır ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulduğundan Avropa Məhkəməsinin presedent hüququ ölkəmizin məhkəmə sistemi üçün mühüm əhəmiyyət kəsb edir. Məhkəmələrin iş fəaliyyətinə olan tələblər daha da yüksəlmişdir. Bu baxımdan ədalət mühakiməsini həyata keçirən hakimlərin beynəlxalq hüquq normalarını, insan hüquqları sahəsində beynəlxalq standartları, onların tətbiqi təcrübəsini mənimsəmələri önəmli olduğundan Ali Məhkəmədə hər həftə keçirilən seminarlarda beynəlxalq hüquqi aktlar, xüsusən də “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəaları, Avropa Məhkəməsinin presedent hüququ öyrənilir. Hakimlərin və dəvət olunmuş beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə “dəyirmi masa”lar keçirilir, Avropa dövlətləri məhkəmələrinin təcrübəsinin öyrənilməsinə kömək edən xarici ölkələrə tanışlıq səfərləri təşkil edilir.

Plenumda Ali Məhkəmənin kollegiya sədrlərinin ötən ildə ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumatları dinlənilmişdir.

Qeyd edilən məlumatlarla əlaqədar Plenumda geniş müzakirələr və təhlillər aparılmışdır.

Məruzələrlə çıxış  edən kollegiya sədrləri 2013-cü ildə kollegiyaların fəaliyyətində nəzərəçarpacaq irəliləyişlərin olduğunu diqqətə çatdırmışlar.

Plenumda analitik və qanunvericiliyin sistemləşdirilməsi, məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və məhkəmə statistikasının təhlili, vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbələri müdirlərinin ötən ilin yekunlarına dair hesabatları dinlənilmişdir. Qeyd olunmuşdur ki, ötən ildə Ali Məhkəmədə vətəndaşların ərizə və şikayətlərinə, digər müraciətlərinə baxılmasına, onların hüquqi cəhətdən əsaslı və düzgün cavablandırılmasına diqqət artırılmışdır.

Ali Məhkəməyə edilən müraciətlərdə artım müşahidə olunmuşdur. Bu isə vətəndaşların məhkəmələrə olan inamının artması kimi qiymətləndirilməlidir.

Məlumat verilmişdir ki, Ali Məhkəmənin Plenumunun 2013-cü ildə 6 iclası keçirilmiş, 21 qərar çıxarılmışdır.

Plenumda Azərbaycan Respublikası Ali Məhkəməsi yanında Elmi Məsləhət Şurasının tərkibi və Ali Məhkəmənin 2014-cü ilin birinci yarısına dair iş planı təsdiq edilmişdir.

Plenumda konkret işlərə baxılmış, müzakirə olunan məsələlər və baxılmış işlər barədə müvafiq qərarlar qəbul edilmişdir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında