Daxili İşlər Nazirliyinin Arif Heydərov adına Respublika Hospitalında müşavirə keçirilmişdir

 

 

 

Yanvarın 24-də Daxili İşlər Nazirliyinin (DİN) Arif Heydərov adına Respublika Hospitalında Tibb İdarəsinin əməkdaşlarının iştirakı ilə müşavirə keçirilmişdir.

DİN-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, müşavirəni açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasətin nəticəsi olaraq respublikamızın 2013-cü ili uğurla başa vurduğunu, bütün sahələrdə mühüm irəliləyişlər baş verdiyini və bunun daxili işlər orqanlarından da yan keçmədiyini bildirmişdir.

 Ramil Usubov demişdir ki, son on ildə dövlətimizin başçısının xüsusi diqqət və qayğısı sayəsində daxili işlər orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, şəxsi heyətin xidməti şəraitinin daha da yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmış, ən müxtəlif təyinatlı onlarla obyekt, o cümlədən DİN-in Arif Heydərov adına Respublika Hospitalının beynəlxalq standartlara cavab verən, çoxprofilli yeni inzibati binası tikilərək istifadəyə verilmişdir. Tibbi xidmətin müasir səviyyədə təşkil olunması üçün mövcud imkanlardan geniş istifadə olunduğu, ilk növbədə xəstəliyin daha əvvəl aşkarlanması və qarşısının alınmasında səyyar tibbi baxışların keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılmışdır. Qeyd olunmuşdur ki, həyata keçirilən tədbirlər bütövlükdə iş keyfiyyətinin və bu sahədəki müvafiq göstəricilərin yüksəlməsinə imkan vermişdir.

Daha sonra nazir Tibb İdarəsinin və A.Heydərov adına Respublika Hospitalının yeni rəislərini kollektivə təqdim etmiş və əmin olduğunu bildirmişdir ki, sürətlə dəyişən və inkişaf edən səhiyyə sistemləri  ilə ayaqlaşa bilmək üçün müvafiq təkliflər hazırlanacaq, tibb işçilərimiz bütün bilik və bacarıqlarını sərf edərək əməkdaşlarımızın, onların ailə üzvlərinin, daxili işlər orqanları təqaüdçülərinin və ümumən, vətəndaşlarımızın sağlamlığı keşiyində ayıq-sayıq dayanacaqlar.

Tibb İdarəsinin rəisi Mahmud Yusifov və Hospitalın rəisi Ramiz Əkbərov onlara göstərilən yüksək etimadı doğruldacaqlarına, tibbi xidmətin daha da yaxşılaşdırılması, işdə olan nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün var qüvvələrini əsirgəməyəcəklərinə söz vermişlər.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında