Parisdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı intensiv müzakirələr aparılmışdır

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov yanvarın 23-24-də Parisdə Kiyev görüşünün davamı olaraq ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ilə ayrı-ayrılıqda görüşlər keçirmişdir. 

XİN-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, danışıqlar zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı intensiv müzakirələr aparılmışdır. Azərbaycanın mövqeyini konkret şəkildə vurğulayan Elmar Məmmədyarov bildirmişdir ki, Ermənistanın silahlı qüvvələri nə qədər tez Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılarsa, münaqişənin bir o qədər qısa müddətdə də beynəlxalq hüquq çərçivəsində həllinə nail olmaq mümkündür. 

Minsk qrupunun həmsədrləri ilə bir sıra məsələlər üzrə müzakirələrin davam etdirilməsi barədə razılıq əldə olunmuşdur.  

Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyünün bərpası bu istiqamətdə aparılan danışıqların əsasını təşkil edir. 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında