Əli Hüseynli: Gənclərimiz hüquqi cəhətdən daha çox məlumatlandırılmalıdır

 

 

 

Azərbaycanda bəzi adət-ənənələr müasir dövrdə cinayət məsuliyyəti yaratdığından gənclərimiz bu sahədə daha çox məlumatlandırılmalıdır. Bu barədə Trend-ə Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli açıqlama vermişdir.

Ə.Hüseynli bildirmişdir ki, Azərbaycanda qız qaçırmaq problemi ilə bağlı əvvəllər bir sıra diskussiyalar olub. Faktiki olaraq bu, adam oğurluğu kimi qəbul edilir və qanunvericilikdə buna görə ağır cəza sanksiyaları müəyyən edilib: “İndiki insan alverinə qarşı mübarizə kontekstində bu məsələdə heç bir dönüş gözlənilmir və bu, baş verəsi deyil. Qız qaçırılması məsələsində bəzi hallarda gənclərimiz məlumatsız olurlar və regionlarda belə hallara daha çox yol verirlər.

Daha doğrusu, bilmirlər ki, bu, nə dərəcədə ağır nəticələrə gətirib çıxara bilər. Regionlarda, çox ucqar yerlərdə gənclər həqiqətən məlumatlı deyillər ki, evlənmək məqsədilə qız qaçırmaq niyyətləri 8-9 il azadlıqdan məhrum edilmələrinə gətirib çıxara bilər”.

Millət vəkilinin sözlərinə görə, bu məsələnin üzərində işləmək lazımdır ki, insanlar məlumatlı olsunlar: “Bu, hüquqi maarifləndirmə ilə bağlı problemdir və bunu həll etməliyik. Müasir dövrdə yəqin ki, maarifləndirmənin üsulları başqa cür olmalıdır.

Burada bizim bildiyimiz ənənəvi maarifləndirmə üsulları yetərli deyil. Bu gün hamı - ictimaiyyət, televiziya, mətbuat hüquqi maarifləndirmədən danışır. Hələ ki, mən hüquqi maarifləndirməni kimin, necə və hansı üsullarla həyata keçirəcəyinə dair elə bir konkret təşəbbüs görməmişəm. Bu boşluq var, amma onun doldurulması ilə bağlı konkret təklif yoxdur. Bu, bəlkə də elə hüquq ictimaiyyətinin borcudur. Amma əgər bununla bağlı iş görmək lazımdırsa, deməli onu maliyyəsiz görmək mümkün deyil”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında