Masallıda ağsaqqallarla görüş keçirildi

Müqəddəs Ramazan ayının başlanması ilə əlaqədar Masallıda rayon rəhbərliyinin ağsaqqallarla keçirdiyi görüş iştırakçılara unudulmaz təsir bağışlamışdır.
Görüşü giriş sözü ilə açan icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev rayon ağsaqqallarını, din xadimlərini və ziyalıları ayların sultanı Ramazanın başlanması münasibəti ilə təbrik etdi. O bildirdi ki, ölkəmiz dövlət müstəqilliyinə qovuşduqdan sonra ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində milli-mənəvi və dini dəyərlərə də xüsusilə böyük önəm verilməyə başlanmış, gənclərin tərbiyəsində bu amillərin rolu həlledici əhəmiyyət kəsb etmişdir. Azərbaycanda vicdan azadlığı qanunla təsbit edilərək həyat normasına çevrilmiş, möhkəm dini dözümlülük şəraiti yaradılmışdır. Ulu öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər zaman öz fəaliyyətində milli adət-ənənələrə sonsuz ehtiram nümayiş etdirir və qloballaşan dünyada milli-əxlaqi dəyərlərin daim uca tutulmasını tövsiyə edir. Elə Novruz, Ramazan və Qurban bayramlarının da rəsmi status alması və hər il dövlət səviyyəsində qeyd edilməsi bu baxımdan diqqətəlayiqdir.
Sonra rayonda aparılan geniş quruculuq və abadlıq işlərindən ətraflı söhbət açıldı, Masallı şəhərinə təbii qaz xətlərinin çəkilməsinə, yeni məktəb binalarının tikintisinə diqqət cəlb edildi. Ölkə rəhbəri cənab İlham Əliyevin bölgələrin sosial-iqtisadi inkişafına daimi önəm verdiyi vurğulandı.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin cənub bölgəsi üzrə şöbə müdiri Miryəhya Bədirov, Rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Əsədov, Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə qazisi Mirqiyas Təhməzov, ağsaqqal ziyalı Ələşrəf Niftiyev, din xadimi Mirkərim Əliyev və başqaları çıxışlarında respublikamızın hərtərəfli inkişafına görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə etdilər, bu inkişafın real nümunəsinin Masallıda canlı şahidi olduqlarını vurğuladılar. Onlar milli və dini bayramlarda rayon rəhbərliyinin şəhid və məcburi köçkün ailələrinə, əhalinin aztəminatlı təbəqələrinə xüsusi diqqət göstərdiyini, bir qayda olaraq onları sovqatla sevindirdiyini təqdir etdilər və minnətdarlıqlarını çatdırdılar.

{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında