Paşa Sığorta IMIA-nın tamhüquqlu üzvü olmuşdur

Mühəndis Riskləri üzrə Sığortaçıların Beynəlxalq Assosiasiyasının (IMIA) İcraiyyə Komitəsi Paşa Sığorta şirkəti ilə IMIA-nın tamhüquqlu üzvləri sırasına daxil olması üzrə müqavilə layihəsini təsdiqləmişdir.
Paşa Sığorta IMIA-nın tərkibində ilk Azərbaycan sığorta şirkətidir. Bu qərara əlavə olaraq, Paşa Sığorta şirkətinin əmlak və mühəndis-tikinti sığortası üzrə sektor rəhbəri Fərid Hidayətov assosiasiyanın işçi komitəsinin daimi üzvü təsdiq olunmuşdur və şirkəti 2010-cu ilin sentyabr ayında Berlində keçiriləcək IMIA-nın illik konfransında təmsil edəcəkdir.
1968-ci ildə yaradılmış Mühəndis Riskləri üzrə Sığortaçıların Beynəlxalq Assosiasiyası (IMIA) mühəndislik sığortalarının metodologiyası, risk menecmenti və statistikası sahəsində biliklərin və ən yeni texnologiyaların təbliği və formalaşdırılması üzrə dünyanın aparıcı peşəkar mərkəzidir. Assosiasiya təcrübələrini bölüşən, araşdırmalar aparan, vacib məsələləri müzakirə edən və bütün mühəndislik sığorta növləri üzrə araşdırma materialları nəşr edən mütəxəssislərdən ibarət dünya şəbəkəsidir. IMIA-nın işinin ən vacib istiqamətlərindən biri bütün bazar iştirakçılarına risk-menecment, anderraytinq və sığorta hadisələrinin tənzimlənməsi sahəsində dəstək olmaqla mühəndis risklərinin xüsusiləşmiş bazarının sonrakı peşəkarlaşmasıdır. IMIA-nın tamhüquqlu və assosiativ üzvləri sırasına aparıcı sığorta assosiasiyaları, sığorta və təkrarsığorta şirkətləri, brokerlər və mühəndislik sığortaları sahəsində sığorta hadisələrinin tənzimlənməsi üzrə məsləhətçilər qəbul edilirlər.
"Paşa Sığorta son 2 ilin nəticələrinə əsasən Azərbaycan sığorta bazarının tikinti-montaj və digər mühəndis risklərinin sığortası seqmentində lider üçlükdə öz mövqeyini möhkəmləndirmişdir. Bizim tərəfimizdən sığortalanan layihələr sırasında tikilməkdə olan hotel və yaşayış kompleksləri, biznes mərkəzləri və xidmət sektoru obyektləri vardır. Paşa Sığortanın IMIA-ya daxil olması Azərbaycanda tikinti-montaj və digər mühəndis risklərinə xidmət üzrə bizim işimizin sonrakı peşəkarlaşmasına ciddi dayaq olacaqdır", - deyə Paşa Sığorta şirkətinin Risk-Menecment və Təkrarsığorta departamentinin direktoru Niyaz İsmayılov hadisəni şərh etmişdir.
Paşa Holdinq-in tərkibində fəaliyyət göstərən "Paşa Sığorta" ASC korporativ və fərdi müştərilərə 31 sığorta növü üzrə xidmət göstərir. Kapitallaşma göstəricilərinə görə Paşa Sığorta 20 milyon manat nizamnamə kapitalı və 28 milyon manat cari məcmu aktivlə ölkənin aparıcı sığortaçılarının ilk üçlüyünə daxildir. 2007-ci ildən Paşa Sığorta şirkətinin idarəetmə sistemi ISO 9001 beynəlxalq idarəetmə standartı üzrə Britaniyanın Moody agentliyi tərəfindən sertifikatlaşdırılmışdır. 2009-cu ildən Paşa Sığorta insan haqlarının müdafiəsi, ətraf mühitin mühafizəsi və korrupsiya əleyhinə mübarizə üzrə BMT-nin Qlobal Saziş Təşəbbüsünün (UN Global Compact Initiative) iştirakçısıdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında