Ötən il Azərbaycanda 86 594 nikah bağlanmışdır

 

 

 

Azərbaycanda ölkə vətəndaşları ilə xarici ölkələrdən olan şəxslər arasında nikahın bağlanması və pozulması faktları artmışdır. Bu barədə “Trend”ə Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsindən bildirmişlər.

Ötən 2013-cü ildə Azərbaycanda ölkə vətəndaşları ilə xarici ölkələrdən olan şəxslər arasında 2480 nikah bağlanmışdır. Xatırladaq ki, 2012-ci ildə Azərbaycan vətəndaşları ilə xarici ölkələrdən olan şəxslər arasında 1932 nikah qeydə alınmışdır.

Bununla yanaşı, Azərbaycan vətəndaşları ilə xarici ölkələrdən olan şəxslər arasında nikahın pozulması halları da artmışdır. Belə ki, 2012-ci ildə bu rəqəm 148 idisə, ötən il 211 fakt qeydə alınmışdır.

Qeyd edək ki, 2013-cü ildə Azərbaycanda 2012-ci ilə nisbətən bağlanan nikahların sayı da 10,3 faiz artmışdır. Belə ki, 2012-ci ildə ölkədə 78 480 nikah bağlanmışdısa, ötən il ailə quranların sayı artaraq 86 594-ə çatmışdır. Bununla yanaşı, ölkədə nikahın pozulması ilə bağlı 11 849 fakt qeydə alınmışdır. Bu isə o deməkdir ki, 2012-ci ilə nisbətən boşanma hallarının sayı 6  faiz  artmışdır. 2012-ci ildə 11 182 nikah pozulmuşdu.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında